Azərbaycanca

“Vasitəçilərin təklif etdiyi sülh planı Qarabağ erməniləri üçün qəbuledilməzdir “

06.08.2014 | 09:23

harutyunyanQondarma Dağlıq Qarabağ Respublikasının erməni rəhbərliyinin əsas üzvlərindən biri son onillikdə ABŞ, Fransa və Rusiya tərəfindən önə sürülən sülh planına açıq şəkildə etirazını bildirib.

 

Qondarma Dağlıq Qarabağ Respublikasının Baş naziri Ara Harutyunyan bildirib ki, Madrid prinsipləri kimi tanınan Qarabağ münaqişəsinin həllinin əsasları qəbuledilməzdir, çünki bu prinsiplər Ermənistanın Azərbaycana “ərazi güzəştlərini” nəzərdə tutur.

 

Sülh sazişini əsas tutan layihə 2006-cı ildə Madriddə rəsmi olaraq irəli sürülmüşdü. ATƏT-in Minsk qrupunun ABŞ,Fransa və Rusiya həmsədrləri o zamandan bəri sənəd üzərində bir neçə dəfə dəyişiklik ediblər. Bu 3 səlahiyyətli vasitəçilər tərəfindən dəfələrlə qeyd edilmişdir ki, layihənin əsas prinsipləri dəyişilməz olaraq qalacaq.

 

Prinsiplər erməni hərbi qüvvələrinin tam və ya qismən nəzarəti altında olan Qarabağ ətrafındakı 7 Azərbaycan rayonunun boşaldılmasını nəzərdə tutur. Daha sonra referendum keçiriliməlidir. Burada Qarabağ əhalisi ərazinin beynəlxalq statusunu müəyyən etməlidirlər.

 

Serj Sarkisyan və onun sələfi Robert Koçaryan höküməti dəfələrlə bildiriblər ki, bu sülh formulu Ermənistan üçün məqbuldur. Dağlıq Qarabağda bu məsələyə daha etinasız yanaşdılar. Bununla qondarma Dağlıq Qarabağ administrasiyası bu günə qədər təklif edilmiş prinsipləri açıq şəkildə rədd etməyə çəkinirlər.

 

“Madrid prinsipləri, əlbəttə ki, bizim üçün qəbuledilməzdir”- Facebook sosial şəbəkəsində sualları cavablandıran Harutyunyan bildirib. O, qeyd edib: “Əgər belə bir sənəd Qarabağ əhalisinə və ya hökümətinə təqdim olunsa, inanmıram ki, bu məsələyə müsbət cavab verilsin”.

 

Harutyunyan əlavə edib ki, azərbaycanlıların məskunlaşdırılması nəzərdə tutalan “azad edilmiş” ərazilər Qarabağın təhlükəsizliyi və iqtisadi inkişafı üçün həyatı önəm daşıyır. O bildirib ki, “Qarabağ höküməti” yerli infrastruktura investisiya qoymağa davam edəcək.

 

“KarabakhİNFO.com”

06.08.2014 09:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*