Azərbaycanca

Xələf Xələfov beloruslu həmkarına danışıqlar prosesi barədə məlumat verib

19.06.2014 | 06:01

1403185798_xelefovİyunun 19-da Xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus Respublikasının xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonağı salamlayan nazir müavini Xələf Xələfov XİN-lərarası məsləhətləşmələrin əhəmiyyətindən danışaraq, ölkələr arasındakı münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə etmiş, Azərbaycanla Belarus arasında iqtisadi, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.

 

Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov, bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu bildirmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə qonağı məlumatlandıran Xələf Xələfov, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsinin, işğal etdiyi Azərbaycan ərazilərini azad etməməsinin danışıqların irəliyə aparılmasına və ümumilikdə problemin həll olunmasına imkan vermədiyini vurğulamışdır.

 

Ermənistan Respublikasının BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Gömrük İttifaqına qoşulması məsələsinə diqqət çəkilərək, əlaqədar prinsiplərin praktiki surətdə yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. Belarus nümayəndə heyətinin başçısı V.Mixneviç öz növbəsində iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirmiş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə etmiş, regional əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

“KarabakhİNFO.com”

19.06.2014 06:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*