Azərbaycanca

Xanım döyüşçünün xatirələri

18.10.2013 | 16:34

1382099292_bc5b6qarabag-1X.L.Borxes vətənpərvərlik haqda deyirdi : “Vətənpərvərlik təkcə döyüşdə şücaət göstərmək, qəhrəmanlıq göstərmək deyil. Üzərinə düşən vəzifəni vicdanlı, ədalətli yerinə yetirməyin özü də vətənpərvərlikdir”. 

 

     Qarabağ döyüşündə torpaqlarımızın müdafiəsinə qalxan igid oğlullarımızla bərabər, qəhrəman qızlarımız da olub ki, torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni əsirgəməyiblər. Onlardan biri də Gültəkin xanım Quliyevadır.

– Gültəkin xanım, torpaqlarımızın müdafiəsinə qalxan cəsur xanımlarımızdan biri də sizsiniz. Sizin döyüşlərə qoşulmağınıza stimul verən hansı hadisə oldu?

– Mən Tərtər rayonunda anadan olmuşam və rayon istiqamətində döyüşlər getdiyindən biz də həmin döyüşlərin canlı şahidləri idik. Mənim də müharibəyə getməyimə səbəb məhz həmin döyüşlərin şahidi olmağımdır. Həmin vaxtı mən ailəli idim. Üç uşağım var idi, amma buna baxmayaraq döyüşlərə qatıldım. Mən elə uşaq vaxtımdan çox vətənpərvər olmuşam. Müharibə mənim doğulduğum Tərtər rayonunda yox, digər rayonlarımızda olsaydı belə, mən yenə də həmin hadisələrdən kənarda qala bilməzdim. Həmin vaxtı mənim yaxın qohumlarımdan çoxu döyüşlərdə idi. Onlar bilavasitə müharibənin fəallarından idilər.

 Sizinlə birgə qohumlarınızdan döyüşən var idimi?

– Bibim oğlanları, əmim oğlanları, xalam oğlanları və qardaşlarım döyüşürdülər. Müharibədə biz də çoxlu şəhid verdik. Bu qədər yaxınlarımın döyüşdüyü vaxta, mən həmin hadisələrdən kənarda qala bilməzdim. Çünki narahat idim. 1990-cı ildən döyüşməyə başladım. O vaxtlar vəziyyət çox gərgin idi, ermənilər hər dəqiqə bizə hücum edirdilər. Cəbhəyə yaxın olduğumuzdan uşaqları, qocaları və qadınları qonşu kəndlərə aparırdıq. Oradan, yanan evləri gördükcə adamda düşmənə qarşı daha da nifrət hissi oyanırdı. Ermənilərin atəş açması nəticəsində təbii ki, yaralılarımız da olurdu. Biz o, yaralıları Bərdə rayon xəstəxanasına çatdırırdıq. Bu köməkliyimiz döyüşçülərin də işini yüngülləşdirirdi.

– Belə başa düşdük ki, siz tibb bacısı olmusunuz…Xanım döyüşçünün xatirələri

– Xeyr. Mən tibb bacısı deyildim, amma bu sahədə anlayışım var idi. Ona görə də, döyüşçülərimizə yardım edərkən, əlimdən gələni əsirgəmirdim. Mən bir əsgərin qanaxmasını kəsərək, Bərdə rayon  xəstəxanasına sağ çatdırmışdım. Orada məni görən yaşlı bir kişi dedi ki: “müharibəyə belə adamlar lazımdır ki, yaralılarımıza yardım etsin”. O  yaşlı kişinin sözü hardasa məni sirkələdi və düşündüm ki, mən bunu bacararam. Amma həmin vaxtı mənim üçün  çətin idi. Bilirsiniz, kişi üçün müharibəyə getməyə elə maneələr yoxdur, amma qadın üçün var. Anayam, üç övlad dünyaya gətirmişəm və bunlara baxmaq lazım idi. Uşaqlarımı aparıb qohumlarımın yanında qoydum və gəlib atamdan xeyir dua alıb, həyat yoldaşım Feruzla birgə döyüşə yollandım. Həyat yoldaşım maşın ustası idi. O, döyüş maşınlarını  təmir edirdi.

 – Döyüşçü erməni qadınlarla rastlaşmısınızmı?

– Bizə əsir düşən erməni qadın döyüşçülər yox, milliyətcə erməni olmayan bir çox snayperçi qadınları görmüşəm. Onların kişiləri döyüşməyi bacarmır, qadınları necə döyüşsün? Onlar yalnız havadarlarının hesabına bizim torpaqlarımızı işğal ediblər.

Sonda bizə demək istədiyiniz …

– Mən artıq sizin elektron jurnal barədə məlumatlıyam. Çox yaxşı ideyadı. Çalışaq bu yolda əlimizdən gələni əsirgəməyək.

Vasif Əlihüseyn

 

“KarabakhİNFO.com”

 

18.10.2013 16:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*