Azərbaycanca

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən açıqlama

27.04.2015 | 10:48

mid_xin_150215

Argentinanın \”Tiempo Argentino\” qəzetinin redaktor müavini Luis Faraoni 18-23 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.

 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Karabakhinfo-ya verilən məlumata görə, Luis Faraoni Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.

 

O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.

 

Luis Faraoni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

 

Luis Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul olunub.

 

27.04.2015 10:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*