Azərbaycanca

XİN: Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət verməyə haqqı yoxdur

06.11.2015 | 17:37

trend_mid_azerbaijan_main

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli istiqamətində hər hansı cüzi irəliləyişə belə nail olunmadığı halda, Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri C.Uorlikin “twitter” profili vasitəsilə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolterin hesabatına dair şərhinə münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir: “Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür. Əksinə, Minsk qrupunun həmsədrləri, xüsusilə də Ceyms Uorlikin beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsi olan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair sənədlərinin məram və prinsiplərini rəhbər tutmasına və bu qurumlarla məsləhətləşməsinə ehtiyac var”.

XİN rəsmisi bildirib ki, ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud status kvonu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir: “Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil”.

Trend.az

06.11.2015 17:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*