Azərbaycanca

XİN: “Dağlıq Qarabağ xalqı” ifadəsinin söylənilməsi qəbuledilməzdir

02.05.2015 | 16:07

trend_mid_azerbaijan_main

ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin və ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə bağlı verdikləri bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin qeyd olunması düzgün deyil və bu ifadə qəbuledilməzdir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in MQ həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını Trend-ə şərh edərkən söyləyib.

“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirlik rəsmisi bildirib.

Trend.az

02.05.2015 16:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*