Azərbaycanca

XİN: Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsi regionda gərginliyi artırmağa xidmət edir

17.04.2015 | 15:11

скачанные файлы

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir”.

Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən keçirilən hərbi təlimlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir: “May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir. ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir. Qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Apa.az

17.04.2015 15:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*