Azərbaycanca

XİN-in Facebook həmləsi

19.02.2015 | 11:09

83543

Qondarma rejim “hökuməti”nin səhifəsi ilə bağlı addım atılıb

 

 

 

 

 

 

 

 

 

“Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub”.

 

 

“KarabakhINFO.com”  beynəlxalq elektron jurnalının  ANS PRESS-ə istinadən  məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

 

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

 

 

Qeyd edək ki, bir müddət öncə Qondarma Dağlıq Qarabağ Respublikasının Facebook səhifəsi rəsmi olaraq təsdiq edilmişdi. Təxminən 25 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub.

 

 

 

 

 

“KarabakhINFO.com”

 

 

 

 

 

19.02.2015 11:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*