Azərbaycanca

“Xocalı faciəsini öyrənəndən sonra 3 gün ağladım”

22.05.2014 | 11:37

1400763119_oya-ergun“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının budəfəki həmsöhbəti Türkiyənin tanınmış opera müğənnisi, məşhur sənətçi Oya Ergündür.

Bir neçə il Hollandiyada, hazırda isə Azərbaycanda yaşayan sənətçi ilə görüşümüz onun Bakıda yaşadığı mənzilində baş tutdu. Qeyd edək ki, Oya xanım gözəl səsə malik olmaqla yanaşı, həm də gözəl anadır.

 

– Bir çox türk sənətçiləri kimi sizin də Azərbaycan musiqisinə bağlılığınız var. Ölkəmizin mədəniyyəti, musiqisi haqda düşünürəm ki, yetərincə məlumatlısınız. Bu haqda danışaq.

 

Azərbaycan və Türk musiqisinin yaxın olduğunu hələ uşaq ikən hiss eləmişəm. Çox erkən yaşlardan Rəşid Behbudov repertuarı ilə maraqlanırdım. Hələ o zamanlar onun ifa etdiyi mahnıları özüməməxsus şəkildə ifa edərdim. Siz azərbaycanlılar musiqiyə genetik olaraq bağlısınız. Azərbaycanda sıradan bir insan belə musiqiyə qulaq asır. Musiqi duyumu mədəniyyəti hər bir ölkəyə məxsus olmur. Azərbaycan bu baxımdan xoşbəxt ölkədir. Sənətçilərinizdən daha çox Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqamayev, Azər Zeynalov, Azərin, Tünzalə Ağayevaya qulaq asıram. – Torpaqlarımızın 20 faizi işğal altındadır. Düşünürəm ki, bu acı həqiqət ümumtürk faciəsidir… Xocalı qətliamı, Qarabağ faciəsi barədə xəbərlər eşitmişdim. Amma daha dərin biliyə malik deyildim. 2 il öncə Xocalı faciəsi ərəfəsində Azərbaycana gəldim, keçirilən tədbirlərdə iştirak etdim. Tədbirlərdə nümayiş olunan qorxunc işgəncələri izlədim. Daha dolğun məlumata sahib olmaq üçün internetdə də bu istqamətdə axtarış apardım. Həqiqətləri öyrəndim…və 3 gün ağladım, özümə gələ bilmədim.

 

– Türk sənətçisi olaraq torpaqlarımızın işğal altında olması barədə əcnəbiləri, bu faciədən xəbərsiz olan türkləri məlumatlandırırsınızmı?

 

Hansısa ölkədə baş verən ədalətsizlik haqda çalışıram ki, dünya ictimaiyyətini məlumatlandırım. Günahsız yerə əziyyət çəkənlərin faciəsi barədə ictimaiyyətə bilgi verməyi özümə borc bilirəm. Azərbaycanı doğma vətənim kimi sevirəm. Hansı ölkədə olmağımdan asılı olmayaraq Qarabağla bağlı həqiqətləri yaymaqdan heç zaman çəkinmərəm.

 

– Əsgərlərimizlə görüşüb onlar üçün konsert vermisiz. Bu görüşlər sizə necə təsir bağışladı?

 

Qənirə Paşayevanın dəvəti ilə, Tovuzun sərhəd ərazisində xidmət edən əsgərlər üçün konsert verdim. Belə bir dəvət olarsa yenə də sevə-sevə əsgərlərə konsert verərəm.

 

Günel Cəlil

“KarabakhİNFO.com” 

22.05.2014 11:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*