Azərbaycanca

Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

19.02.2014 | 16:48

1392811936_musa_qasimli124Musa Qasımlı,

 

Millət vəkili, professor

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törətdi. Bununla da Ermənistan dövlət səviyyəsində cinayət etdi. Bu soyqırım bəşəriyyətə və sivilizasiyaya qarşı cinayətdir. Xocalının Azərbaycan tarixində xüsusi yeri var. Bu şəhər Azərbaycanın ilk yaşayış məskənlərindən biridir, qədim tarixə malikdir, Xocalı-Gədəbəy mədəniyyətinin yarandığı bir yerdir. Xocalı strateji bir nöqtədə yerləşirdi. Bu şəhərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda yeganə hava limanı var idi və özünün həm coğrafi mövqeyi, həm strateji əhəmiyyəti ilə vacib olan bu şəhərdə törədilən qırğın XX əsrin ən böyük soyqırımlarından biridir.

Cənab prezident İlham Əliyevin sərəncamı ilə Xocalı soyqırımının tanıdılması istiqamətində bütün dünyada böyük işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası yürüdülür. Cənab prezidentimiz hücum diplomatiyası göstərişini verib. Artıq ölkələrin bir çoxunda Xocalı soyqırım kimi qəbul edilib. Dünyanın bir sıra ölkələrində “Xocal”ı prospekti, “Xocalı” küçəsi var. Xocalıda soyqırım qurbanlarına abidə qoyulub və hər il həm dövlət səviyyəsində ölkəmizdə, həm də xaricdə səfirliklərimiz və diaspora səviyyəsində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilir. Həqiqətlər dünya ölkələrinə çatdırılır. Bu həqiqətlərin dünyaya çatdırılmasında KİV, eyni zamanda gənclər təşkilatları xüsusi rol oynamalıdırlar.

Xocalıda baş vermiş soyqırımın tanıdılması ilə bağlı konkret hansısa ölkə ilə məhdudlaşmaq doğru olmazdı. Harada Azərbaycan Respublikasıın səfirliyi, diasporası, nümayəndəliyi varsa, orada bu işlər görülməlidir. Açıq şəkildə demək lazımdır ki, ermənilərin 200 il ərzində gördükləri işə cavab olaraq biz son 10-12 ildə layiqli işlər görə bilmişik. Dünya təkcə erməni yalanlarını eşitmir, eyni zamanda Azərbaycan həqiqətlərini eşidir. Artıq alternativ fikirlər formalaşır. Bu baxımdan bütün ölkələrdə biz bu işi aparmalıyıq.

“KarabakhİNFO.com”

19.02.2014 16:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*