Azərbaycanca

“Xocalı soyqırımı haqqında” qanun

20.02.2014 | 15:04

1392894168_zahid-orucZahid Oruc

Millət vəkili

 

Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı faciəsidir. Xocalı faciəsinə hüquqi-siyasi qiymət 1994-cü ildə Milli Məclisdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında verilmişdir.  Həmin andan etibarən Xocalı hadisəsi soyqırım kimi tanınmışdır. Xocalı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunub.

 

Dövlət tərəfindən bu məsələnin hüquqi müstəvidə hərəkəti üçün bütün lazımı işlər görülməkdədir. İslam Konfransı Təşkilatı və Latın Amerikası ölkələri Xocalı soyqırımını tanıyır. Bu soyqırımın beynəlxalq səviyyədə tanınması istiqamətində işlər görülür.

 

Mən “Xocalı soyqırımı haqqında Azərbaycan Respublikasının qanunu”nu hazırlamışam. Bu qanunu hazırlamaqda məqsədim Xocalı faciəsinin bütün dünyada soyqırım kimi tanınmasıdır. Sənəddə Xocalı faciəsinin anım mərasimlərinin keçirilməsi, beynəlxalq səviyyədə tanıdılması ilə bağlı dövlət qurumlarının vəzifələri öz əksini tapıb. Layihədə hər il 26 fevralın soyqırım günü kimi qeyd olunması və saat 17-də sükut dəqiqəsi elan edilməsi də var. Hər il keçirilən bu tədbirləri qanunun predmetinə çevirmək çox vacibdir. Təhsil müəssisələrində fevralın 26-da Xocalı mövzusunun ilk dərs saatı olması da nəzərdə tutulur. 26 fevral tarixində ictimai iaşə müəssisələrində əyləncəli tədbirlərə qadağa qoyulmalıdır.

 

Soyqırıma məruz qalmış şəxslərin statusunu müəyyənləşdirməliyik. Xocalı soyqırımına məruz qalan insanlara ayrıca müavinət verilməlidir. Qətlə yetirilmiş insanların “soyqırım qurbanları” kimi qəbul olunmalı, Xocalının maddi və mənəvi sərvətlərinin dağıdıldığı nəzərə alınaraq, şəhərə “Soyqırıma məruz qalmış şəhər” statusu verilməsi məsələsi adıçəkilən qanunda qeyd olunub.

 

Gələcəkdə torpaqlarımız işğaldan azad olunarsa həmin ərazidə görüləsi işlər də bu maddədə yer almışdır.

 

Parlamentin rəhbərliyindən bu məsələ ilə bağlı bu qanunun qəbul olunmasını istəmişdim. O mənə bu məsələnin beynəlxalq məhkəmələrdə savaşını aparmağın daha vacib olduğunu demişdi. Düşünürəm ki, ölkədə bu qanunun qəbulu hər zaman mümkün ola bilər.

 

 

“KarabakhİNFO.com”

 

20.02.2014 15:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*