Azərbaycanca

“Xocalı soyqırımı məsələsinin Knessetdə müzakirə olunmasına nail olacağıq”

31.07.2013 | 11:36

1375256012_arye-qut“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun Karabakhinfo.com”a ekskulizv müsahibəsinin təqdim edirik

–  Arye bəy, israillilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə dərəcədə məlumatlıdırlar?

 

–  İlk öncə onu deyim ki bu gün bu reallıqdır və Azərbaycan heç bir təvazökarlıq etmədən qürur duya bilər ki, ölkənin İsraildə kifayət qədər güclü diaspora təşkilatı  “İsrail-Azərbaycan” (AZİS) Beynəlxalq Assosiasiyası fəaliyyət göstərir.
Təşkilatımızın formalaşdırılması və təşəkkül tapmasında  Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Diasporla İş üzr Dövlət Komitəsi xüsusi rol oynayıb və oynamaqdadır. Tədbirlərin keçirilməsi zamanı Azərbaycanın Birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bizə çox kömək edir.
Həm İsrail, həm də Azərbaycan çətin regionda yerləşirlər və hər gün çətin təhdidlər və problemlərlə qarşılaşırlar. Və şübhəsiz, qonşularımızla dinc birgə yaşayış, münaqişələrin dinc yolla həlli və xalqlarımızın təhlükəsiz və normal mövcudluğunun təmin olunması istəyi bizi yaxınlaşdırır.

 

Mövcud olduğu 5 il ərzində təşkilat Azərbaycanın maraqlarına lobbiçilik dəstəyinin göstərilməsi və təbliği, həmçinin müxtəlif beynəlxalq problemlərə Azərbaycanın nəzər nöqtəsinin təqdim olunması üzrə böyük işlər görür və görməyə davam edir.

 

Təşkilat çərivəsində Alex Miller, Lev Spivak, Yeganə Salman, Arye Qut, Miron Fel, Viktoriya Dolinskaya, Mixail Aqaronov, Etibar Axundov, Mixail Salman, Hafiz Rəhimov və Mehman Quliyev kimi kimi həmfikirlərin komandası formalaşdı. Bu komanda gözəl başa düşür ki, AZİZ sadəcə Azərbaycanın İsraildəki diaspor təşkilatı deyil, həm də iki ölkə arasında real körpü və əməkdaşlıq, tərəfdaşlığın lokomotividir. Məhz bu komanda Azərbaycanın İsraildə real təbliğatının beyin mərkəzi və ideyalar generatorudur. Bu faktı da nəzərə almaq lazımdır ki, İsraildə Azərbaycanın rəsmi diplomatik nümayəndəliyinin olmadığı bir vaxtda, 5 il ərzində biz ölkəmizi təbliğ edən siyasi və mədəni xarakterli çoxsaylı tədbirlər keçirdik. Məhz AZİS-də həmfikirlərdən ibarət komandanın olması, həmçinin Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bizə İsraildə azərbaycanın xeyrinə effektiv və dəqiq hərəkət etmək və işləmək üçün böyük güc verir.

–  Siz İsraildə Dağlıq Qarabağ həqiqətlərinin təbliği, erməni terrorizminin ifşa olunması istiqamətində hansı tədbirlər keçirirsiniz?“Xocalı soyqırımı məsələsinin Knessetdə müzakirə olunmasına nail olacağıq”

 

–  Düşünürəm ki, Azərbaycanın İsraildəki həqiq və real diasporu olan AZİZ-in fəaliyyətinin məhz hücum xarakterli olması İsraildə erməniyöünmlü lobbiçiləri narahat edir və qorxudur. Bu baxımdan İsrail KİV ilə işi aktivləşdirmişik. Bizim televiziya və radio da daxil olmaqla, İsrailin demək olar ki, bütün çap və elektron KİV-i ilə işgüzar və çox sıx əlaqələrimiz var. Bu KİV vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının 20%-nin işğalı, Xocalıdakı soyqırım da daxil olmaqla, İsraildə Azərbaycanın təbliğatını aparırıq Azərbaycanın musiqi, yaradıcı və tarixi irsi haqqında danışırıq. AZİZ-in təcrübəsi göstərir ki, diasporamız bütün dünyada nə qədər aqressiv və inadkar şəkildə hücum və hərəkət etsə, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin amansız həqiqətləri və əsl mahiyyətini daha yaxşı anlayacaq.

 

Bu baxımdan  biz bu il fevralın 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyasının və “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının (AZİZ) təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anma mərasimi və sənədli fotosərgi keçirilmişdir.

 

İl ərzində biz İsrailin müxtəlif şəhərlərində Xocalı soyqırımı ilə bağlı səyyar sənədli fotosərgilərini təşkil edirik. Fotosərgidə Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar hazırladığı fotostendlər, nəşr etdirdiyi kitablar, broşürlər, audio-video materiallar nümayiş etdirilir və İsrail içtimayyətinə paylanır və təbliğ edilir. Hər bir səyyar fotosərgidə iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, günahsız insanlara qarşı ermənilərin törətdikləri vəhşiliklərdən heyrətə gəlmişlər.
– İsraillə Azərbaycanın münasibəti bu qədər sıx ikən hələ də bu ölkədə bizim səfirlik yoxdur…

 

–  Mən diaspora fəaliyyətimlə bağlı İsrail elitası ilə tez-tez görüşməli oluram. Və xarakterik olaraq İsrailin siyasi, hərbi, ictimai xadimləri, adətən Azərbaycan və ikitərəfli əməkdaşlığın perspektivləri haqqında müsbət fikir söyləyirlər. Və bu, sadəcə olaraq siyasi  hörmət deyil. Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq ötən il Azərbaycan-İsrail münasibətləri üçün tamamilə uğurlu oldu. Xüsusilə, iqtisadi və hərbi-texniki sahədə bir sıra irimiqyaslı sazişlər bağlandı, ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard dollara çatdı ki, bu da ölkələrimizi strateji tərəfdaşlara çevirən göstəricidir.
Digər tərəfdən, bu rəqəmlər heç də hamını sevindirmir: İsrail-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsini istəməyən gizli və aşkar bədxahlar, təəssüf ki, kifayət qədərdir.
Mən İsraildəki Azərbaycan icmasını təmsil edən “İsrail-Azərbaycan” Beynəlxalq  Assosiasiyasının idarəetmə heyətinin üzvü kimi, dəfələrlə ölkəmizdə Azərbaycan səfirliyinin olmaması ilə bağlı sualları cavablandırmışam. Və hər dəfə də təkrar etmişəm ki, rəsmi Bakının xarici siyasəti, ilk növbədə, Azərbaycanın özünün milli maraqlarına cavab verən konkret məsələlər üzərində qurulur. Belə bir vəziyyətdə rəsmi Bakını qətiyyətsizlikdə və xoş məramlı olmamaqda qınamaq daha asandır.

Əslində, rəsmi Yerusəlimin çoxsaylı müraciətlərinə, Vaşinqtonun çağırışlarına və Amerikadakı yəhudi təşkilatlarının lobbiçiliyinə baxmayaraq İsraillə təxminən 20 il öncə tam diplomatik münasibətlərin qurulmasına dair müqavilə imzalamış Azərbaycan Respublikası hələ də ölkəmizdə öz səfirliyini açmayıb. İlk növbədə, İranla kifayət qədər mürəkkəb və ziddiyyətli münasibətləri gərginləşdirmək istəməməsinə görə – İsraildə səfirliyin açıldığı təqdirdə, bu münasibətlər tamamilə dayandırılacaq. Bundan başqa, belə bir addım atmaqla Azərbaycan özü üçün taleyüklü məsələlərdə bir sıra müsəlman ölkələrinin dəstəyindən məhrum olmaq riski qarşısında qalır.
Xüsusilə, söhbət Azərbaycanın 20% torpaqlarının işğalına səbəb olmuş Ermənistanla çoxillik hərbi qarşıdurmadan gedir. Digər tərəfdən, İsraildə Azərbaycan səfirliyinin olmaması, praktik olaraq, nə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin həcminə, nə də ölkələrimiz arasında siyasi dialoqun konstruktivliyinə təsir etmir. Buna misal olaraq, Azərbaycanın XİN başçısı Elmar Məmədyarovun səfərini qeyd etmək istərdim və bu səfər münasibətlərin inkişafında yeni səhifə açdı.Bu faktdır ki, münasibətlərdə əhəmiyyətli yeri dövlətlərarası siyasi münasibətlər tutur ki, bu münasibətlər də İsrail prezidenti Şimon Peresin və Azərbaycan Prezidenti İlham Əliyevin səmimi münasibətlərində öz təzahürünü tapır. İsraildə Azərbaycanın xarici siyasət strategiyasında atdığı prinsipial və müstəqil davranışları yüksək qiymətləndirilir.

 

–  Knessetdə Xocalı soyqırımın gündəmə gəlməsi nə dərəcədə mümkündür. Bu baxımdan hər hansı gözləntiləri varmı?

 

–  Bizim diasporanın Xocalı ilə bağlı keçirdiyimiz tədbirlərin əsas hədəfi odur ki İsrail içtimayyəti bu faciə haqqında məlumatlansın. Biz bu məsələni hər zaman İsrail siyasətçilərinə çatdırmağa çalışırıq və hər zaman onları öz tədbirlərimizə dəvət edirik. Bir o faktı deyim ki bu ilin fevralında Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anma mərasimində çıxış edən İsrail hökümətinin üzvü, Absorbsiya naziri Sofa Landver demişdir: “Xocalı faciəsi qanlı tarixdir, bu tarix nəsildən-nəslə keçərək yaddaşlara həkk olunacaqdır. Azərbaycan torpağında baş vermiş bu qanlı qırğının məhz İsraildə qeyd edilməsi çox vacibdir. Biz istəyirik ki, Azərbaycandan İsrailə gəlmiş insanlar bilsinlər ki, bu, təkcə sizin faciəniz deyildir. Sizin dərdiniz həm də bizim dərdimizdir. Qoy Xocalı qurbanlarının xatirəsi əbədi yaşasın!” . İnanın mənə, bu sözlərin İsraildə deyilməsi və İsrail hökumət üzvündən bu sözləri eşitmək balaca məsələ deyil.

 

Ona görə də biz İsraildə Azərbaycan diasporası olaraq öz yolumuzu davam etdirəcəyik və Xocalı soyqırım məsələsinin Knessetdə müzakirə olunmasına nail olacağıq, amma ondan öncə biz hər gun, hər saat bu məsələ üzərində işləməliyik və dünyaya Xocalı soyqırımı haqqında məlumatları yaymalıyıq. Bizim İsraildə siyasi qüvvələr arasında çox dostlarımız var və məhz bu dostlar vasitəsi ilə Xocalı qətliaminın Knessetdə yaxın gələcəkdə müzakirəsinə biz nail olacağıq.

 

–  Erməni lobbisi İsarildə aktivdirmi, onlara qarşı hər hansı cavab verə bilirsiznizmi?

 

– Erməni lobbisi İsraildə aktivdir və onlar lazım olan siyasət adamları ilə bu əlaqələri üç beş gün deyil, on illərlə qurublar. Amma buna baxmayaraq biz onların fəaliyyətinə problemlər yarada bilirik və lazım olanda öz qəti reaksiyamızı da bildirirk. İsrail parlamentində “erməni soyqırımı”nın tanınması məsələsini  “Meretz” solçu partiyadan olan deputat Zaava Qalyon qaldırıb. Bu vaxtadək hər il erməni diasporu  İsrail parlametində “soyqırıma” dair qətnamə qəbul edilməsinə cəhd etsə də, buna nail ola bilməyib. İki il öncə, Təhsil  komissiyanın toplantısında çıxış edən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nümayəndələri Yeganə Salman və mən uydurma “erməni soyqırımı”nı tanımağın əleyhinə çıxış edərək, ermənilərin bu amildən siyasi məqsədlər üçün istifadə etdiklərini vurğulamışdıq. Yeganə xanım bu məsələyə tarixi baxımdn yanaşaraq söylədi ki, biz bu faciəni qətliam kimi qəbul edə bilmərik. Mən öz çıxışımda onu qeyd etdim ki,  qondarma “erməni soyqırımı”nın tanınması İsrailin Azərbaycanla münasibətlərinə ziyan vura bilər. Azərbaycan keçmiş sovet imperiyasının yeganə dövlətidir ki, burada heç vaxt nə antisemitizm, nə də milli-dini məsələlərlə bağlı heç bir ayrı-seçkilik olmayıb. Təkcə son 4 il ərzində Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki ən müasir sinaqoq inşa edib, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradıb. Mənə dünyada öz hesabına sinaqoq inşa edən başqa bir xristian və ya müsəlman dövləti göstərin.

 

Bir daha İsrail millət vəkillərinə çatdırdım ki, Ermənistan bu gün bölgədə İranın müttəfiqidir. İsrail Knessetində çıxışım zamanı belə bir bəyanatla İsrail parlamentinin deputatlarına müraciət etdim: biz nə üçün qondarma “erməni soyqırımı”nı tanımalıyıq, Ermənistan və ermənilərdən komplimentlər almaq üçün?  Axı siz bilirsiniz ki, Ermənistan Cənubi Qafqazda İranın faktiki olaraq yeganə strateji tərəfdaşıdır. İsraili yer üzündə silməyə çalışan İran prezidenti hər il İrəvana səfər edir və Ermənistanı İranın ən yaxşı dostu adlandırır. Belə bir məlumat var ki, bu işğalçı dövlət İrana Rusiya istehsalı olan RƏM sistemləri ötürür. Məgər aydın deyil ki, bu sistemlər bizə qarşı, İsrailə qarşı işləyəcək?

 

Ona görə də mən bunu hər zaman həm Azərbaycanda, həm Türkiyədə deyirəm ki, biz müdafiə olunmamalıyıq, biz aqressiv hücuma keçməliyik.

 

“Xocalı soyqırımı məsələsinin Knessetdə müzakirə olunmasına nail olacağıq”–  Ermənilər digər xalqlara da, o cümlədən 1918-ci ildə Qubada dağ yəhudilərinə qarşı soyqırımı aktları törədibiblər. Bu barədə sənəd və materialları İsrail rəsmilərinə təqdim edə bilərsinizmi?

 

–  Azərbaycandakı dağ yəhudilərinin soyqırımı – 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Düşünürəm ki, bu soyqırım Xolokost qətliamından öncə yahudilərə qarşı həyata keçirilən bir soyqırımdır. 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazapsın və Lalayanın başçılıq etdiyi daşnaq quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilmişdir.

 

Bədnam «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan yahudilərə  qarşı kütləvi terror törədiblər.

 

Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir.

 

Düşünürəm ki həm Azərbaycan dövləti, həm İsraildə yaşayan və aktiv fəaliyyət aparan Azərbaycan diasporası bu mövzu ilə bağlı daha da aqressiv addımlar atmalıdır və dünyaya bu faciə haqqında məlumat yaymalıdır. Bu mövzu ilə bağlı həm Azərbaycanda, amma daha çox dünyada – İsraildə, Amerikada, Avropada bu mövzu ilə bağlı elmi konfranslar keçirməyə böyük ehtiyac var. Buna Azərbaycan dövlətinin və Azərbaycan diasporasının gücü və potensialı var. Hər bir belə addım ermənilərin qondarma “genosidinə” vurulan yeni bir zərbədir.

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

31.07.2013 11:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*