Azərbaycanca

Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” filmi Yunanıstanda nümayiş olunub

09.03.2018 | 17:03

Azərbaycanın Yunanıstandakı səfirliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar faciədən bəhs edən “Zülmətdən qaçarkən” sənədli filminin nümayişini təşkil edib. Tədbirdə Yunanıstandakı diplomatik korpusun nümayəndələri, iş adamları, elm xadimləri, Yunanıstan-Azərbaycan Ticarət Palatasının, “Qala” Azərbaycan-Yunan Dostluq Cəmiyyətinin rəhbərlikləri, HAYC Gənclər Təşkilatının üzvləri və diaspor təmsilçiləri iştirak ediblər. Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev çıxış edərək Xocalı soyqırımının müasir tariximizə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. O, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiyini vurğulayıb. Xocalıya hücum zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyi diqqətə çatdırılıb.

Cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə hörmətsizlik nümayiş etdirdiyini vurğulayan diplomat Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd edib.

09.03.2018 17:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*