Azərbaycanca

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib – FOTO

25.02.2015 | 16:57

vyana_aksiya_250215_01

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib

 

 

 

 

 

 

 

 

 

 

Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  Trend-ə istinadən məlumatına görə , Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib.

 

 

 

vyana_aksiya_250215_03Tələbə cəmiyyətinin üzvləri üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər, eləcə də Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar. Cəmiyyətin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər.

 

 

 

vyana_aksiya_250215_04Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, sənədli filmlər nümayiş olunub.Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş ediblər. Şəhərin mərkəzi küçələri, Prezident Administrasiyası, Nazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məhəllə və insanların gur hərəkət etdikləri küçələrlə gedən aksiya iştirakçıları Xocalı faciəsi haqda informasiya vərəqələrini sakinlərə paylayıblar.Tədbir Avstriya parlamenti önündə yekunlaşıb. Xocalı şəhidlərinin ruhunu sükutla yad edən aksiya iştirakçıları parlamentin önündəki meydanda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq şam düzüblər.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

25.02.2015 16:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*