Azərbaycanca

Xocalı soyqırımının dünyada tanıdılması vacibdir

20.02.2014 | 15:24

1392895223_dasqin-sikarovDağlıq Qarabağla bağlı müsəlman ölkələrinin demək olar ki, hamısı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Hətta bəzi müsəlman ölkələri Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik münasibətlər qurmayb. Müsəlman ölkələrinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyini birmənalı şəkildə bildirib.   Xocalı soyqrımının bütün dünya ölkələri tərəfindən tanınması vacibdir. Amma ən vacibi Azərbaycanla daha sıx dostluq və qardaşlıq münasibətlərində olan, strateji müttəfiq ölkələr tərəfindən tanınmasıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində geniş miqyaslı tədbirlər həyata keçirilir. Artıq bir neçə ölkə və beynəlxalq təşkilatlar Xocalı soyqrımını rəsmən tanıyıb, müvafiq qətnamələr qəbul ediblər. Əminəm ki, yaxın gələcəkdə digər dövlətlər də Azərbaycanın haqq səsini eşidib Xocalı soyqrımını rəsmən tanıyacaq.  

 

“KarabakhINFO.com”   

20.02.2014 15:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*