Azərbaycanca

Xocavəndin işğalından 20 il ötür…

02.10.2012 | 11:23
1349179276_dfsfsTarixi26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır.Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun azərbaycanlı kəndlərinin işğal tarixləri:

Xoavənd rayonunun işğal olunmuş azərbaycanlı kəndləri
Kənd adı İşğal tarixi
Tuğ 30.10.1991-ci il
Salakətin 30.10.1991-ci il
Xocavənd 19.11.1991-ci il
Axullu 09.01.1992-ci il
Qaradağlı 17.02.1992-ci il
Muğanlı 02.10.1992-ci il
Əmiralılar 02.10.1992-ci il
Kuropatkino 02.10.1992-ci il
Günəşli 23.07.1993-cü il
Xətai 20.08.1993-cü il

 

 

Ermənistan tərəfindən işğalın nəticələriXocavəndin işğalından 20 il ötür...

Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

 

 

Tarixi abidələr

Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində “Qırmızı kitab”a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid “Alban” kilsəsi”, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid “Alban” kilsələri, I-V əsrlərə aid “Alban” qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən “Dəmrov” ocağı, “Dağdağan” ocağı, Xocavənd kəndi ərazisində yerləşən “Cicim” ocağı, Qaradağlı kəndi ərazisində qədim “Alban” qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən “Bəhmənli” piri, Muğanlı kəndində yerləşən “Seyid Rza” kumbəzi, Qaradağlı kəndi ərazisində “Yel” piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

 

Vikipediya.org

 

02.10.2012 11:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*