Azərbaycanca

XVIII əsrdə Qafqazda erməni etnosu, siyasi qurumları yox idi

07.05.2014 | 11:13

1399458195_etnosErmənilər saxta tarix uydurub Qafqazın yerli xalqı olduğunu iddia etsələr də, tarixi mənbələr əksini sübut edir. SSRİ dövründə yazılmış saxta tarixlə azərbaycanlılar, gürcülər kimi ermənilərin Qafqazın yerli xalqı olduğu əsaslandırılmağa çalışılırdı. Hətta türk şəhəri İrəvanın tarixi qədimləşdirilmiş və “erməni mədəniyyətinin mərkəzi” kimi qeyd olunmuşdu. Saxta erməni tarixçiləri bu türk şəhərini “Erebuni” olaraq yazırdılar. Azərbaycanın qədim-qayım torpağı olan Qarabağı “Artsax” adlandıran saxta erməni tarixçiləri bölgədə yaradılmış bütün xristian-alban abidələrini öz adlarına çıxarır, hətta Qarabağ xanlığı ərazisindəki 5 xristian məlikliyini “erməni məlikliyi” kimi təqdim edirdilər. Müstəqillik illərində aparılmış obyektiv tarixi tədqiqatlar sübut etdi ki, bütün Cənubi Qafqaz ərazisində yaradılmış xristian mədəniyyəti nümunələri Qafqaz albanlarına (yeri gəlmişkən, Qiyasəddin Qeybullayev, Bəxtiyar Tuncay kimi alimlərinin araşdırmaları Qafqaz albanlarının türk-qıpçaq kökənli olduğunu təsdiq edir-müəll.) və gürcülərə mənsubdur. İstər İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə, istərsə də Gürcüstanın Cavaxetiya bölgəsinə ermənilər çox sonradan gəlmişlər. Ermənilərin Cənubi Qafqaza köçü 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə başlanmışdı.

 

XVIII əsrdə bölgədə ermənilərin olmadığını, siyasi proseslərdə iştirak etmədiyini tarixi mənbələr də təsdiqləyir. Bəhs edilən dövrdə bölgədə ermənilər yaşasaydı, ermənilərin hansısa siyasi qurumu mövcud olsaydı I Pyotrun “isti sulara çıxın” vəsiyyətinə əməl edib bütün bölgəni ələ keçirməyə çalışan Rusiya çarları onlarla yazışar, təmasda olardılar. Ancaq XVIII əsrdə vəziyyət fərqli idi. Rus çarları Qafqazda xristian gürcülərlə əlaqə yaradırdılar. (Bu dövrdə artıq Qafqaz albanları tarix səhnəsindən çəkilmiş, Dağlıq Qarabağda, Şirvanın dağ kəndlərində azlıq halda varlıqlarını sürdürürdülər-müəll.) Bu dövrdə Rusiyanın bölgədə əsas müttəfiqi gürcü çarları idi. 1752-ci ildə II Teymuraz Rusiyaya səfirlər göndərmişdi ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya hökuməti isə bu təklifə ciddi baxmamışdı. 1762-ci ildə atasının ölümündən sonra Kartli-Kaxetiya çarı elan olunmuş II İrakli rus çarları ilə əlaqələri gücləndirdi. Hiyləgər gürcü çarı qüdrətli rus imperiyasının yardımı ilə Qafqazın müsəlman xalqlarını özünə tabe etmək, torpaqlarını genişləndirmək istəyirdi. II İrakli Potyomkin vasitəsilə rus çariçası II Yekaterinaya göndərdiyi məktublarda əminliklə bildirdi ki, ona lazımi yardım göstərilərsə, Quzey və Güney Azərbaycan xanlıqlarını özünə tabe edə bilər. (“XVIII əsrdə Rusiya-Cənubi Qafqaz beynəlxalq münasibətləri”. “Elm” nəşriyyatı, Moskva, 1966) Gürcü çarı yazırdı: “Əlahəzrət, əgər siz mənə yardım etsəniz, burada əhəmiyyətli strateji məntəqələrə sahib olarıq və Misirə, İraqa, Suriyaya nüfuz edə bilərik”. Gürcü çarı yazırdı ki, Təbriz, Xoy və digər Güney xanlıqlarına məktub göndərmişəm, onlar sizinlə əməkdaşlığa hazırdılar.

 

O dövrdə gürcü çarları rus imperiyasının təkcə Cənubi Qafqazda deyil, bütün yaxın Şərqdə möhkəmlənməsinə çalışırdılar. Rus imperiyasına güvənən II İrakli 1984-cü ildə Qafqazda geniş işğalçılıq planı hazırlayır. Onun əsas niyyəti Gürcü çarlıqlarının güclənməsi idi. İrakli gürcü çarına yazırdı ki, əgər gürcü çarı güclənərsə, Rusiya da güclənər. Çar gürcülərin güclənməsinin Rusiyanın xeyrinə olduğunu deyirdi. Gürcü çarı “mənim hakimiyyətimi Gəncədə, İrəvanda təsdiq etməyiniz kifayətdir. Naxçıvanda hakimiyyətimi yaymaq isə mənim öz işimdir” deyə məktubda bildirirdi. Bu məsələni qabartmaqda məqsədimiz gürcü çarlarının siyasətini ideallaşdırmaq deyil. Gürcülər də yaranmış vəziyyətdən öz mənfəətləri üçün istifadə etmək istəyirdi. Ermənilərdən fərqli olaraq gürcülər yerli Qafqaz xalqı idilər və qonşu türk-müsəlman xanlıqları ilə anlaşa bilirdilər. Gürcü çarının əsil niyyəti də Qafqazda xristian-gürcü dövlətçiliyini möhkəmlətmək idi. Görünür, ruslar gürcülərə etibar etmədiyindən sonralar Qafqaza İran və Türkiyədən erməniləri köçürdülər, bölgə xalqlarına qarşı təcavüz siyasətinə onları alət etdilər. Beləliklə, dövrün rus-gürcü yazışmaları erməni yalanlarını ifşa edir, XIX əsrin 30-cu illərinə qədər bölgədə ermənilərin yaşamadığını sübut edir.

 

Elman Cəfərli

“KarabakhİNFO.com”

 

07.05.2014 11:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*