Azərbaycanca

XX əsrdə Gürcüstanda erməni diasporunun antitürk fəaliyyəti

19.11.2013 | 11:20

1384844512_gurcUzun müddət Osmanlı imperiyası əraziləri daxilində türk hökumətinə qarşı istənilən formada mübarizə aparan ermənilər bu işin baş tutmadığı təqdirdə bütün gücü Qafqazda erməni dövləti yaradılmasına yönəltdilər. Onlar bu işdə daha çox qərb ölkələri və çar Rusiyasının yardımlarına göz dikmişdilər. Rusiya isə ermənilərə lazımı yardımlar etməkdən imtina etdi. Hələ XIX əsrin 90-cı illərin ikinci yarısında hakimiyyət Gürcüstanda erməni kilsə-prixod millətçilərinin son dərəcə zərərli rola malik olması, separatizm, terrorçuluq ideyaları yayması, Qafqazda imperiya siyasətinin qarşıya qoyduğu vəzifələrə diametral əks məqsədlər güddükləri barədə kifayət qədər dəlil-sübut cəmləmişdi. Nəhayət, bu sahədə çoxsaylı siqnallara cavab olaraq, kilsə-prixod məktəblərinin Xalq Maarifi Nazirliyinə verilməsi və həmin məktəblərdə erməni dili və erməni dini qanunlarının saxlanılması haqqında çar hökumətinin sərəncamı qüvvəyə mindi. Məktəblərlə bərabər məktəb əmlakı, torpaq sahələri, avadanlıqlar da nazirliyin hesabına keçirildi. Lakin yetişməkdə olan nəslin şüuruna təsir göstərmək imkanını azaldan bu tədbirlərlə razılaşmayan erməni ruhaniləri təxribata əl atmış oldular. Lakin hökumət erməni təxribatlarını vaxtında ifşa edə bildi.

        1898-ci ildə hökumətin erməni kilsə-prixod məktəblərini Xalq Maarifi Nazirliyinin sərəncamına verməsi ermənipərəst mətbuatını xeyli qəzəbləndirdi və erməni əhalisinin əksəriyyəti arasında antiimperiya və antirus əhvalı-ruhiyyə gücləndi. Çoxsaylı gizli, yarımgizli, leqal erməni terrorçu dərnəklərin və cəmiyyətlərin fəaliyyəti dərhal canlandı, bu dəfə “Türkiyə vəhşilikləri” əleyhinə deyil, “çar hakimiyyətinin özbaşnalığı”, “milli mədəniyyətin boğulması” və i.a. əleyhinə yönəlmiş ifşaedici intibahnamələrin yayılmasına başlandı.

      Vəziyyətin gərginləşdiyini görən hökumət qəti addımlar atdı: erməni qriqoryan kilsəsinin əmlakına aid olan işlərin idarə olunması haqqında Rusiya imperatoru tərəfindən təsdiq edilmiş 12 iyun 1903-cü il qanununa əsasən kilsə əmlakının əksər hissəsinin dövlətə verilməsi nəzərdə tutulmuşdu: patriarx katalikos təkbaşına nigah bağlamaq işindən məhrum edilmişdi; qanunda, habelə, dövlət dili, andiçmə, sabiq erməni kilsə-prixod məktəbinin əmlakı haqqında mübahisələrin inzibati yolla (məhkəməsiz) həll olunması məsələlərinə aid bəndlər də vardı. Göründüyü kimi, hökumətin atdığı bu addımlar əslində güclənməkdə olan kilsənin rolunu azaltmağa və siyasi proseslərdən kənarda qalmağa yönəldilmişdi.

     Hökumətin önləyici tədbirlərindən hiddətlənən Daşnaqsütyun və onunla əlaqədar digər terrorçu qruplar 1903-cü ildən etibarən hər cür metod tətbiq edərək fəal hücuma keçdilər: kütləvi nümayişlər və ixtişaşlar, hökumət müəssisələrinin boykot olunması, yaraqlı dəstələrin silahlı basqınları, şantaj, böhtan, zorakılıq, hədə-qorxular adi hala çevrilmişdi. Lakin daşnaqların və digər terrorçuların ən sevimli metodu kütləvi və geniş terror olmuşdur. Bu terrorun hədəfi yalnız yüksək vəzifəli çar məmurları, polis nəfərləri və jandarmalar deyil, həm də hər hansı səbəbdənsə “Daşnaqsütyun”la əməkdaşlıq etmək istəməyən və erməni şantajına tabe olmayan ictimai xadimlər, jurnalistlər, nüfuzlu şəxslər idilər.

        XX əsrin əvvəllərində Qafqazda, daha doğrusu Gürcüstanda erməni məktəbləri bağlandıqdan sonra gənc ermənilər kütləvi surətdə İsveçrəyə və Almaniyaya üz tutdular və oradan hazır sosialistlər kimi qayıtdılar. Sosializmin təbliği erməni şəhər əhalisi arasında daha məhsuldar nəticələr verdi, çünki şəhərli erməninin fəxr edəcəyi Vətəni yoxdur və 300 ildən çox qul kimi yaşamasının və hamı tərəfindən nifrətlə qarşılanmasının acı dərki vardır.

      Artıq 1903-cü ildə Cənubi Qafqazda erməni yaraqlılarının hakimiyyətə və onun nümayəndələrinə qarşı yönəlmiş yüzlərlə basqın hadisəsi və terror aktları qeydə alınmışdı. Qatarların qəzaya uğradılması, partlayışlar, qəsdlər, nümayişlər, ayrı-ayrı yaşayış məntəqələrində hakimiyyətin ələ keçirilməsi adi hala çevrilmişdi: bu haqda məlumatlar o vaxt nəşr olunan qəzetlərin səhifələrini başdan-başa doldurmuşdu. Erməni  azğınlığı soyğunçuluqla, cinayətkarlıqla, başlıcası isə azərbaycanlı və gürcü əhalisindən zorla torpaq sahələrinin işğalı ilə sıx şəkildə çulğalanırdı.

 

XX əsrin 10-cu illərində Gürcüstanda yaşayan ermənilərin antigürcü ideologiyası və təcrübəsi daha da gücləndi. Erməni şovinistləri gürcü mədəniyyətinə, maarifinə qarşı mübarizə aparır, Gürcüstan tarixini saxtalaşdırır, öz rus həmkarları ilə birlikdə gürcü dilinin təhqir olunmasına, kökündən yox edilməsinə çalışırdılar. 1913-cü il oktyabrın 13-də onlar Tiflisdə erməni əlifbasının yaradıcısı Mesrop Maştotsun 1500 illik yubileyini və erməni mətbuatının 400 illiyini böyük təntənə ilə qeyd etdilər. Elə həmin gün Nerses adına  Seminariya da fəaliyyətə başlamışdır.

 

   I Dünya müharibəsi ərəfəsində erməni millətçi ekstremistləri və qiyamçı dəstələrinin Şərqi və Cənub-şərqi Anadoluda türklərə qarşı həyata keçirdikləri soyqırım siyasəti nəticəsində 2 milyondan artıq sadə türk vətəndaşı vəhşicəsinə qətlə yetirildi, öz dədə-baba torpaqlarından didərgin salındı. Bu istiqamətdə ermənilərə çar Rusiyasının etdiyi fasiləsiz maddi və hərbi yardımların mühüm rolunu qeyd etmək lazımdır. Osmanlı hökuməti ermənilərin bu iyrənc siyasətini önləmək və qətlə yetirilmiş insanların qisasını almaq üçün onları bu torpaqlardan köçürməyə başladı. Köçürülən ermənilərin müəyyən bir hissəsi qonşu Gürcüstanda məskunlaşmağa başladı. Bu haqda Hatəm Cabbarlı yazır:  “XX əsrin başlangıcında Osmanlı və İranda yaşayan ermənilərin bir qismi Qafqaza köç edərək Azərbaycan və gürcü torpaqlarında yerləşdi. Xüsusilə, Birinci Dünya müharibəsi və sonrakı dövrdə Qafqaza ermənilərin köçü daha da sürətləndi. Artıq onlar bölgənin yerli əhalisi üçün ciddi problemlərə səbəb olmaqdaydı ”.

 

 Gürcüstanın müxtəlif şəhər və kəndlərində məskunlaşan erməmilərin gəlişi etnik-milli rəngarəngliyi ermənilərin xeyrinə daha da dəyişmiş oldu. 1918-ci ildə Gürcüstan Parlamentinin stenoqram materallarına görə həmin ildə Gürcüstanda 150 min köçkün qeydə alınmışdı ki, bunların da 120 mini erməni, 15 mini yunan, digərləri isə başqa millətlərin nümayəndələri idi. Erməni köçkünlərin xüsusilə, Tiflis və Axalkələkdə məskunlaşması səbəbi ilə Tiflisdə yayınlanan bəzi qəzetlərdə Ermənistanla olan sərhədlərin dərhal bağlanması tələb edilirdi.

 

I Dünya müharibəsi nəticəsində 3 mart 1918-ci ildə Osmanlı ilə Çar Rusiyası arasında Brest-Litovsk müqaviləsi imzalandı. Müqaviləyə görə, Qars və ətraf bölgələr 40 illik əsarətdən sonra yenidən Osmanlı dövlətinə birləşdirildi. Bununla barışmaq istəməyən erməni silahlı dəstələri bölgənin türk-müsəlman məntəqələrində, o cümlədən qonşu Gürcüstanın Şürəgəl, Zərşad, Çıldır və Ağbabanın qarapapaq köylərində qətliamlar törətdilər. Diyarda yaranmış boşluqdan, yəni nə türk, nə də ki, rus ordusunun olmadığı bir məqamdan istifadə edən azğınlaşmış ermənilərin vəhşiliklərinin qarşısını almaq üçün 1918-ci il 14 noyabrda Qars İslam Şurası adlı bir təşkilat qurulur.                                   

 Ermənilərin cinayətkar əməlləri və Gürcüstana qarşı ərazi iddiaları 1919-cu ildə Paris sülh konfransında aşkar şəkildə özünü göstərdi. Parisdə daşnaqlar təkidlə Gürcüstanın cənub bölgələrinin onların torpaqları elan olunmasını xahiş edirdilər. Onlar bu yolla  əlverişli mövqeyə və təbii-coğrafi şəraitə malik Qara dənizə çıxış axtarırdılar. 1920-ci ilin aprel ayında İtaliyanın San-Remo şəhərində Qafqaz məsələlərinə həsr olunmuş beynəlxalq müşavirədə ermənilər yenidən Batumi bölgəsinin bir hissəsinin verilməsi barədə iddia qaldırdılar. Ancaq Gürcüstan nümayəndə heyəti lazımı sənədlərlə daşnaqların bu niyyətini də puça çıxardı, əsassız saydı.

      Gürcü hökumətinin önləyici tədbirlərinə baxmayaraq Qərb dövlətlərinin və çar Rusiyasının məqsədyönlü və qarşısıalınmaz siyasəti nəticəsində Gürcüstanın bir sıra strateji şəhərlərində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Erməni miqrantlar Qara dənizin Gürcüstana məxsus sahilboyu şəhərlərində, Tiflisdə, eləcə də ölkənin cənub və cənub qərbində yerləşən Axalsıx, Axalkələk, Ninotsiminda, Çalka, Samtsxe-Cavaxetiya bölgələrinə yerləşməkdə idilər. XIX əsrin sonlarında Tiflis şəhər təsərrüfatının dəhşətli mənzərəsi haqqında danışarkən qeyd edir ki, orda ermənilər əhalinin ancaq 40%-ni təşkil eləsələr də, duma bütünlüklə onların əlindədir. Gürcülər, ruslar, müsəlmanlar ora daxil ola bilməzlər.

 

7 dekabr 1918-ci ildə Türkiyənin Ərzurum şəhərindən Axalkələkə yeni erməni axınları başlandı və Gürcüstanın bu tarixi bölgəsi bütövlükdə erməniləşdirlməkdə idi. Axalkalaki və Ninotsminda bölgələri ermənilərin Gürcüstanda yığcam yaşadıqları yerdir və onlar buralarda əhalinin 96 faizini, etnik gürcülər isə cəmi 4 faizini təşkil edirlər. Bəhs olunan dövrdə bölgənin etnik mənzərəsini canlandırmağa çalışan gürcü alimi Bondo Arveladze yazır: “hazırda Axalsıx və Axalkalaki nahiyyələri ermənilərlə dolub. Hökumətin bölgəyə təsir mexanizmi zəifləyib. Demək olar ki, ermənilər nəzarətdən çıxıb. Bir sözlə, torpaqlar zəbt olunub. Bölgədəki yüzlərlə kilsə və monastrlar erməni vandalizminə məruz qalır. Gürcü xalqının əsrlər boyu qoruduğu mənəvi sərvəti talanır.Yüzlərlə boş qalmış gürcü kəndləri vəhşicəsinə dağıdılır.Gürcü xristian inciləri təhqir edilir. Ruspərəstlər isə bölgədəki ermənilərin sayının artmasına xidmət göstərir. Beləliklə, güclü təzyiqlər qarşısında tab gətirməyən gürcü bolşevikləri Loru mahalını, Alaverdini, Taşirini ermənilərə uzun sürən danışıqlardan sonra güzəştə getdi, yəni torpaqlar əldən getdi. Həmçinin Ermənilər Gürcüstanın Saatabaqo vilayətini, yəni atabəy Cakelinin torpaqlarını (indiki Axaltski qəzasını) özlərinin adına çıxmağa cəhd edirdilər. Hər bir qafqazlı bilir ki, çariça Böyük Tamaranın bu vilayətdə yaşamağının açıq-aydın izləri hələ də durur, qəzanın müsəlman əhalisi gürcü dilində danışan türkləşmiş gürcülərdən ibarətdir və ermənilər ora XIX yüzilliyin birinci yarısında gəlməyə başlamışlar. Həm də onlar Türkiyədən qaçan ermənilərdir, yerli sakinlər deyil.

 

      1918-ci ildə Axalkələk bölgəsində bir çox türk kəndi erməni və gürcü silahlı dəstələri təcavüzünə məruz qaldı. 13 aprel 1918-ci ildə Axalsıx və Axalkələk bölgələrində yaşayan türklərdən ibarət 40 nəfər nümayəndə heyəti Batum sülh konfransında iştirak etdi və bu bölgələrin Gürcüstanın nəzarəti altında qaldığı halda can və mülk varlıqlarının, dil və dinlərinin təhlükəyə məruz qalacağını bildirərək bölgənin Osmanlıya birləşdirilməsini təklif etdilər. Cənubi Gürcüstanın müsəlman-türk əhalisi 14 iyul 1918-ci ildə referendümla bölgənin Osmanlıya birləşdirildiyi elan edildi. Və daha sonra 29 oktyabr 1918-ci ildə Ömər Faiq Nemanzadənin rəhbərliyi altında mərkəzi Qars olmaqla Müvəqqəti Axıska hökuməti bərqərar oldu. Lakin erməni və gürcü silahlılarının təzyiqləri qarşısında duruş gətirə bilməyəcəklərini anlayan hökumət Qərbi azərbaycanlılar və Naxçıvan əhalisi ilə birləşərək Qars-Araz Respublikasını qurdular. Bu hadisə Gürcüstanda ciddi etirazla qarşılandı və qısa müddətdə gürcü ordusu Respublikanın böyük bir ərazisini öz nəzarəti altına ala bildi və nəticədə Gürcüstanın Sovet İttifaqının tərkibinə qatılması ilə Qars-Araz Respublikası da iflasa uğradı.

      1926-cı il siyahıyaalınmasının nəticələrinə görə, Borçalı qəzasının 88000 nəfərlik əhalisinin 58,9 %-ni “türk”lər, 17,3%-ni ermənilər, 9,2 %-ni gürcülər, Tiflis qəzasının əhalisinin 34%-ni gürcülər, 28,4 %-ni ermənilər, Tiflis şəhərinin əhalisinin 34%-ni (100148 nəfər) ermənilər təşkil ediblər. XIX əsr göstəricilərinə nisbətən Tiflisdə ermənilərin saylarının gürcülərlə müqayisədə faiz nisbətinin aşağı düşməsinin səbəblərindən biri onların bir qisminin gürcüləşməsi idi.

      Türk əhalisinə qarşı erməni təxribatları aramsız şəkildə davam etməkdə idi. Məqsəd buranın aborigen əhalisi olan türkləri öz dədə-baba torpaqlarından didərgin salmaq idi. Bu iyrənc siyasət tezliklə öz nətəcələrini verməyə başladı. Belə ki, 1926-cı il əhalinin siyahıyaalınmasına görə Axalkələk əhalisinin ümumi 73%-ni, Axalsıx bölgəsinin isə 16%-ini ermənilər təşkil etməkdə idiÖz çirkin əməllərini iri dövlətlərin maaliyə resurları vasitəsilə həyata keçirməyə cəhd edən erməni millətçi ekstremistləri bölgənin yerli əhalisi olan Axıska türklərinə qarşı hökumət tərəfindən ciddi addımlar atılmasının vacibliyini  gündəmə gətirdi. Gürcüstan Daxili İşlər naziri G. Karanadze 12 aprel 1944-cü ildə SSRİ Daxili İşlər Naziri Beriyaya məktub yazaraq azərbaycanlıların və kürdlərin böyük bir qisminin yaşadıqları kəndləri tərk edərək Tiflisə gəldiklərini bildirdi. Buna cavab olaraq Beriya 24 iyul 1944-cü ildə Stalinə məktub yazaraq SSRİ-nin Türkiyə ilə sərhədlərinin təhlükəsizliyi məqsədi ilə Gürcüstanın Axalsıx, Adıgen, Aspinidza, Axalkələk və Acarıstan Müxtar Respublikasının bəzi kəndlərindən 16.700 türk və kürd ailəsinin köç etdirilməsinə izin verilməsini istədi. 1944-cü ilin noyabr – 1945-ci ilin yanvar tarixləri arasında yuxarıda qeyd etdiyimiz bölgələrin toplam 220 kəndindən 96 367 nəfər müsəlman zorla Orta Asiyaya köç etdirildi. Qeyd edək ki, köç zamanı və yerləşdikləri bölgələrdə ilk aylarda cəmi 15.432 nəfər xəstəlik və qida çatışmamazlığından dünyasını dəyişmişdir. Stalinin ölümündən sonra köç etdirilən insanlara qarşı təzyiqlər nisbətən azaldılsa da məshəti türklərinin öz doğma yerlərinə qayıtmalarına icazə verilmədi. Qeyd edək ki, bu gün Cənub-Qərbi Gürcüstanda erməni əhalisi müxtəlif mənbələrə görə Cavaxetiya vilayətinin 91%-ni, Məshəti vilayətinin isə 30%-i təşkil etməklə təxminən 400 000-600 000-ə çatmaq üzrədir. Bunun əsas səbəbi hər iki vilayətdə bütövlükdə 220 kənddə yaşayan 115 000 ahıska türkünün 14-17 oktyabr 1944-cü il tarixində SSRİ rəhbərliyi tərəfindən Mərkəzi Asiyaya sürgün edilməsidir.

 

     1960-cı illərdən etibarən erməni tarixçi və araşdırmaçılar yayınladıqları məqalə və monoqrafiyalarda Gürcüstanın Cavaxetiya və Axalkələk bölgələrinə qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Ermənilərin ardı-arası kəsilməyən və əsassı olmayan iddiaları öz nəticələrini gec də olsa verməyə başladı. SSRİ-nin süqutundan sonra siyasi, sosial və mədəni anlamda geniş müstəqilliyə sahib olan Axalkələkə 1995-ci ildə Rusiya Federasiyasının təzyiqi nəticəsində 4 rus korpusundan biri yeridildi. Hərbi eşalonun şəxsi heyətinin 70-90%-i Rusiya Federasiyasının vətəndaşı olan ermənilər təşkil edirdilər. Bununla Rusiya bölgədə ermənilərin mövqeyini qabartmaqla bölgə iqtisadiyyatına nəzarət etmək və eyni zamanda yerli əhali ilə hökumət arasında mövcud ucurumu daha da dərinləşdirmək istəyində idi. Rus strateqləri bununla Rusiyanın bölgəyə hərbi müdaxiləsi üçün zəmin hazırlayırdı.

 

      1988-ci ilin statistik göstəricilərinə görə təkcə Ahısqa vilayətində 190 min nəfər erməni əhalisi yaşayır. 2008-ci ilin statistikasına görə vilayətdə ermənilərin sayı 50-58 min nəfər arasındadır. 1825-ci ildə Axıska və Axalkələkdə yerləşdirilən duxoborlar da 2006-2008-ci illərdə vilayətdəki Rusiya hərbi qüvvələri ilə birlikdə köçüb getdilər. Son illərdə Axıska vilayətindən toplam 25 min nəfərdən çox rus duxoborları Rusiyaya köçub gediblər. Onların Rusiya ərazilərində məskunlaşdırlması prosesinə hökumət nəzarət etməkdədir. Ölkənin qərb ərazilərində məskunlaşan ruslar isə hökumətin maliyyə dəstəyi ilə Ermənistanla sərhəddəki Ninotsmind (keçmiş Boqdanovka) rayonuna yerləşdirilməkdədirlər. Eyni zamanda son illərdə Axıska türklərinin də bölgədə sayları artmaqdadır. Axıska türkləri məskunlaşdıqları ərazilərdə qısa bir zamanda kənd təsərrüfatında əsaslı dönüş yarada biliblər. Əkin-biçin və maldarlığın inkişafında əhalinin adambaşına dövlətə ödədiyi vergi siyasətində onlar ilk yeri tutublar.

     Ermənilərin Gürcüstanda daha sıx məskunlaşdıqları bölgələrdən biri də Abxaziya və Qara dənizin şərq sahilboyu əraziləridir. XIX əsrin II yarısından etibarən Abxaziyanın dağlıq və dağətəyi ərazilərində məskunlaşan ermənilərin sosial tərkibi tacir, sənətkar, pinəçi və zərgərlərdən ibarət idi.

      I Dünya müharibəsindən sonra Türkiyənin bir sıra şəhərlərindən buraya ermənilərin yeni miqrasiyası başladı. Daha çox Qara dənizin sahilboyu zolağında məskunlaşan ermənilərin sayı yerli əhalini xeyli üstələmiş oldu.1944-cü ildə ermənilər Sovet hökümətinə başqa ölkələrdə yaşayan soydaşlarının repatriasiyasına icazə verməsi haqqında müracət etmişdir.  Sovet höküməti onların bu xahişini təmin etdi. Ermənilər bu fürsətdən istifadə edib Abxaziya və Acarıstanda məskunlaşdılar. Bu da ermənilərin Qara dənizboyu yerləşməsinə əlverişli şərait yaratdı. Beləliklə, ermənilər öz arzularına çatdılar. Daşnaqlar tarix boyu Gürcüstanın Qara dəniz hövzəsində məskunlaşmağa can atırdılar. Abxaziyada bu proses çox sürətlə həyata keçirilməkdə idi. Onlara xaricdən güclü diaspor qurumları maliyə yardımı göstərirdilər. Burada məskunlaşan ermənilərin əsas məqsədi Abxaziyanı erməniləşdirmək və yerli türkləri regindan sıxışdırıb çıxarmaq idi. Abxaziya əhalisinin yarıdan çoxu gəlmə ermənilərdən ibarət idi. Qeyd edək ki, Abxaziyada ən son siyahıyalma 1989-cu ildə aparılmışdır. Nəticəyə görə Abxaziyanın 45,7%-i gürcülərdən ibarətdir. Abxazların sayı 17,8%-dir(70 min nəfər). Əhalinin qalan hissəsini isə erməni 14,6%-i və ruslar 14,3%-ni təşkil etməkdədir. 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsi nəticəsində gürcü əhalisinin əksər hissəsi Abxaziyadan köçüb gəlmişdir. Abxaziyada qalan gürcü əhalisinin əksər hissəsinin Qali bölgəsinə təxminən 40 min civarında olduğu ifadə edilməkdədir. Nəticədə, əhali sıralamasında burada 3 əsas etnik qrup önə çıxmaqdadır: – abxaz, erməni və ruslar. Bu gün Abxaziyada təxminən 70 min nəfərə yaxın erməni yaşamaqdadır.

     Ermənilərin daha sıx və kompakt yaşadığı yerlərdən biri də ölkənin cənub-qərb hissəsində yerləşən Samtsxe-Cavaxetiya bölgəsidir. Samtsxe-Cavaxetiya bölgəsi Türkiyənin Ərdahan əyaləti ilə həmsərhəddir. Daha çox Ermənistan və Türkiyə sərhədlərinə yaxın bu ərazilər  Qara dənizə açılan bir strateji məkandır. Ermənilərin bu ərazilərə miqrasiyası XIX əsrin əvvəllərindan başlayaraq XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu gün gürcülərdən sonra ən böyük etnik qrupu təşkil edən ermənilər əsasən ölkənin cənub-qərbində, daha dəqiq desək, Samtsxe-Cavaxetiya və Tiflisdə yaşamaqdadırlar. 1989-cu il əhalinin siyahıyalınmasına görə  ermənilər Gürcüstan əhalisinin 8,1%-ni təşkil etmişdir. Gürcüstandakı ermənilər  kompakt şəkildə əsasən Cavaxetiya və Mesxetiya bölgələrində yaşayırlar. Iki vilayəti birlikdə nəzərə aldıqda erməni əhalisi iki vilayətin ümumi əhalisinin 40%-ni təşkil etməkdədir.

     Qeyd etmək lazımdır ki, 1944-cü ildə Samtsxe-Cavaxetiya birləşdirildi. Buna səbəb Cavaxetiyadakı erməni əhalisinin sıxlığını bu yolla azaltmaqdır. Ancaq birləşmə Cavaxetiya ilə sərhəd olan ermənilərin muxtariyyət istəklərini daha da genişləndirmişdir. Bu gün Samtsxe-Cavaxetiya bölgəsi mədəni muxtariyyətə sahibdir. Maraqlıdır ki. əyalətdəki gürcülər erməni dilində rahat danışa bildiyi halda ermənilər gürcü dilini bilmirlər. Cavaxetiya əyaləti Gürcüstan əyalətləri arasında iqtisadiyyatı ən zəif, quru yolları bərbad, yaşayış səviyyəsi aşağı, işsizliyin ən yüksək olduğu əyalətdir və hələ də burada özəlləşdirmə aparılmamışdır. Əhali əsasən əkinçilklə və kənd təsərrüfatının digər sahələri ilə məşğul olur.

 

   XX əsrdə Gürcüstanda erməni diasporunun antitürk fəaliyyəti  SSRİ-nin süqutundan sonra Gürcüstanda erməni diasporunun fəaliyyətində mühüm dəyişikliklər meydana gəlməyə başladı. Bu illər ərzində ölkə ərazisində çoxlu sayda siyasi və separatçı təşkilatlar yaranmaqda idi. Bu təşkilatların fəaliyyətinin stimullaşdırılması istiqamətində Ermənistan hökuməti ilə yanaşı dünyadakı digər erməni diaspor qurumlarının açıq və gizli formada yardımları yerli ermənilərdə gürcü hökumətinə qarşı aqressiyanı daha da gücləndirdi. Bəhs olunan dövrdə Ermənistanda hakimiyyətdə olan Ter-Petrosiyan Gürcüstandakı separatçı ermənilərin fəaliyyətini qeyri-leqal adlandırmış və ölkənin ərazi bütövlüyünü dəfələrlə tanıdığını qeyd etmişdir. O, öz çıxışlarında yalnız buradakı ermənilərin sosial və iqtisadi problemlərinin olduğunu vurğulayırdı. 1997-ci ildə Şivardnadze-Petrosiyan görüşündə daha çox erməni məktəblərində Ermənistan tarixinin tədris olunması məsələsi haqqında fikir mübadiləsi aparılmışdır. Bunun əvəzində isə Ter-Petrosiyan Samtsxe-Cavaxetiya ermənilərinin separtçı fəaliyyətini dəstəkləyən və bu bölgənin Ermənistan tərəfindən ilhaq edilməsinin vacib olduğu istiqamətində bir çox məqalələr yazan  Daşnaqsütyun partiyasının mətbuat orqanı olan Lragir adlı qəzetinin fəaliyyətini aradan qaldırmışıdr.

    SSRİ dağıldıqdan sonra Cavaxetin erməni əhalisi tamamilə yeni siyasi reallıq qarşısında qaldı ki, bu da əlbəttə Cavaxetin erməni diasporunun gürcü dövlətinə münasibətində əks olunur.

 

    Qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyətinin güclənməsi və Azərbaycana qarşı ərazi iddiaları Gürcüstan ermənilərində ruh yüksəkliyinə gətirib çıxarmışdır. Məhz bu bu dövrdə Gürcüstanın müxtəlif şəhərlərində fəaliyyət göstərən erməni diaspor təşkilatlarında təşkilatlanma işində nəzərəçarpacaq dərəcədə aktivlik hiss olunmağa başlandı. Gürcüstanın Ermənistanla sərhəd bölgəsi hesab olunan Cavaxetiyada yeni erməni təşkilatları meydana gəlməyə başladı. Belə təşkilatlar içərisində xüsusilə Ermənistan Nazirlər Kabinetinin yanında dövlət tərəfindən maliyyələşdirilən “Cavax Xalq Hərəkatı”nı və “Virk” təşkilatını qeyd etmək olar. Hərəkatın başlıca məqsədi Cavaxetiyaya müstəqilliyin verilməsi və gələcəkdə bu bölgənin Ermənistana birləşdirilməsidir. Hərəkat Ermənistanla əlaqələrin daha da gücləndirilməsi məqsədilə 8 avqust 1990-cı ildə Ermənistanda öz şöbəsini açmağa müvəffəq oldu. 1991-ci ildən başlayaraq hərəkat daxilində siyasi aktivlik yüksələn xətlə inkişaf etməyə başladı. Bölgədə ilk siyasi gərginlik 1991-ci ildə bir qrup silahlı erməni tərəfindən hökumət nümayəndələrinin əraziyə buraxılmaması oldu. Vəziyyətin getdikcə nəzarətdən çıxdığını görən hökumət 1994-cü ildə Prezidentin 237 saylı əmri ilə ermənilərin kütləvi şəkildə məskunlaşdığı Məshəti və Cavaxetiya vilayətlərini birləşdirilərək Samtsxe-Cavaxetiya vilayəti təşkil olundu. Bölgədə azsaylı gürcü ordusunu çıxmaq şərtilə 1991-ci ildən etibarən buraya Gürcüstan ordusu daxil ola bilməmişdir. Hər iki təşkilatın silahlı dəstəsi hesab olunan Pervantın 10 minə yaxın əsgəri tərəfindən mühavizə edilməkdədir. Eyni zamanda Qafqazda Rusiyanın 4 hərbi birləşməsindən biri, 62-ci rus hərbi birləşməsi Cavxetiya vilayətinə yeridildi. Yerli erməni əhalisi rus ordusunun burada yerləşməsini sevinclə qarşılamış, Cavaxetiyanın müstəqil quruma cevrilməsinə qədər ordunun burada qalmasını məqsədəuygun hesab edirdi. Cavakx Xalq Hərəkatının nəzdində yaradılan “MİTK-Cavahk Araşdırma Mərkəzi” Gürcüstandakı ermənilərin yeni separatizm dalğasında iştirak etmələri üçün ruhlandırıcı təbliğat şəbəkələri də qurubdur. Hal-hazırda bu mərkəzin dəstəyi ilə Gürcüstanda ermənilərə məxsus 28 ictimai təşkilat fəaliyyət göstərir. Bu təşkilatlardan bəzilərini qeyd etmək lazımdır.

 

1.Gürcüstan Erməniləri Birliyi;

2.Gürcüstan Erməniləri Kilsələr Şurası;

3. Gürcüstan Erməni Ziyalıları Birliyi;

4. Gürcüstan Erməni İşadamları Birliyi;

5. Gürcüstan Erməni Məktəbləri Şurası;

6. Gürcüstan Erməni Gəncləri İttifaqı;

7. Gürcüstan Erməni Qadınları Birliyi;

8. Gürcüstan Erməni Yazıçıları Birliyi;

9. Gürcüstan Erməni Tarixi Abidələrinin Qorunması Federasiyası;

10. Gürcüstan Erməni Dini Məktəbləri Birliyi;

11. Gürcüstan Erməni Cavahk İctimai Hərəkatı;

12. Şarl Aznavur adına Erməni Gənclər Birliyi;

13. Nor Eçmiədzin Kilsələr Şurası;

14. Gürcüstan Erməniləri Cəmiyyəti;

15. Gürcüstan Erməniləri Birliyi Təşkilatı;

16. Tbilisi Erməni İcması;

17. “Poros” Erməni Qadınlar Təşkilatı;

18. Gürcüstan Erməniləri Xristian Demokrat Hərəkatı;

19. “Pryuktun” Təşkilatı;

20. “Sayat Nova” Erməni Mədəniyyət Mərkəzi;

21. “Cavahk” Erməni Milli Sosial-Siyasi Hərəkatı;

22. “Virk” Erməni Milli Partiyası;

23. “Vurnatun” Gürcüstan Erməni Gənclər Təşkilatı;

24. Ovanes Tumanyan Fondu;

25. Gürcüstan Erməniləri Rəssamlar Birliyi;

26. Gürcüstan Erməni Apostol Kilsəsi;

27. Erməni Dövlət Dram Teatrı

 

Bundan əlavə bu gün Gürcüstanda 100-dən çox məktəb, 189 ermənicə kitabxana, 5 erməni dilində qəzet, 15 kilsə fəaliyyət göstərməkdədir.

Həmçinin bölgənin mühavizəsi üçün gizli “Erməni Cavahk Ordusu” da yaradılmışdır. Ordunun şəxsi heyətinin əksəriyyəti yerli ermənilərdən təşkil olunmuşdur. “Birləşmiş Cavahk” təşkilatında bir araya gələn erməni palitoloqlarının əksəriyyətinin fikrincə, Gürcüstanda erməni dili rəsmi dövlət dilləri statusuna malik olmalıdır. Xüsusilə, Cavaxetiya vilayətində ermənilərə milli muxtariyyət statusunun verilməsilə yanaşı, həm də bütün orta məktəblər, vilayət televiziyası, regional mətbuat, Axalkələki rayonunda universitet, dövlət idarələrində bütün yazışmalar erməni dilində olmalı, vilayətin parlamenti yaradılmalıdır. Cavaxetiya ermənilərinin fikrincə:

 1.    Gürcüstan bu bölgədə yaşayan etnik qruplara qarşı ayrı-seçkilik siyasi aparmaqdadır.

 2.   Bölgədəki iqtisadi, sosial və mədəni mühit digər bölgələrindən daha çox geridə qalır;

 3.     Bölgəyə mədəni və siyasi müstəqillik statusu qazandırmaq üçün mövcud vəziyyət müzakirəyə çıxarılmalıdır.

     2002-ci il əhalinin siyahıyalınmasına görə,  Gürcüstanda 248 929 nəfər erməni yaşamaqdadır ki, bu da ümumölkə əhalinin 5,7%-ni təşkil edir. Siyahıyalmaya görə Samtsxe-Cavaxetiya vilayətinin ümumi əhalisinin 42,8%-ni təşkil edən ermənilər Axalkələk və Ninosminde rayonlarındakı faiz sırayıyla 94,3%-ə və ya 95,8-ə qədər yüksəlmişdir. Ermənilər Kvemo-Kartli (Borçalı) bölgəsinə qonşu olan Tsalka rayonunu da Samtsxe-Cavaxetiyaya birləşdirməyi düşünürlər. Qeyd etmək lazımdır ki, Tsalka əhalisinin 55%-ni ermənilər təşkil edir.

     Gürcüstan hökumətinin Cavaxetiyada vəziyyəti stabilləşdirmək üçün burada bir sıra iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə işlərə başlamışıdr. Azərbaycandan Gürcüstana çəkilən dəmir yol xəttinin (Bakı-Tbilisi-Qars-Axalkələk) birbaşa Axalkələkə qədər uzanması, eyni zamanda, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Axalkələkdən keçməsi dövlətin bölgəyə nəzarətinin daha da güclənməsinə gətirib çıxardacaq. Bundan əlavə vaxtilə bölgənin aborigen sakinləri olan Axıska türklərinin yenidən öz dədə-baba torpaqlarında məskunlaşdırması nəticəsində bölgədə etnik rəngarənglik daha da möhkəmlənəcəkdir. Belə olduğa təqdirdə hökumətin bölgəyə nəzarət imkanları daha da güclənəcəkdir. Bu məsələdə Azərbaycanın qardaş gürcü xalqına göstərdiyi dəstək başa düşüləndir. Ermənistanın Cavaxetiya vasitəsilə Qara dənizə çıxış imkanlarının qarşısının alınmasında Azərbaycan dövləti ilə yanaşı qardaş Türkiyə dövlətinin də dəstəyini xüsusilə qeyd etmək lazımdır. Son illər rus hərbi birləşmələrinin Gürcüstan ərazilərini tərk etməsi Cavaxetiya ermənilərində ruh düşkünlüyünə gətirib çıxarmışdır. Bölgəyə Rusiyanın birbaşa təsir imkanları aradan qalxdıqdan sonra rus strateqləri Gürcüstanı itirməmək və Gürcüstan-Ermənistan-Azərbaycan-Türkiyə sərhədlərində oyuncaq bir qurumun yaradılmasında maraqlıdır. Əgər Ermənistan Cavaxetiyanı zəbt edərsə ölkənin birbaşa Qara dənizə çıxış imkanları yaranır və bölgədən keçən ağır iqtisadi layihələrin fəaliyyəti təhlükə altına düşmüş olur. Bununla yanaşı Ermənistan düşdüyü ağır iqtisadi böhrandan və blokadadan çıxmış olur. Bütün bu xoşəgəlməz halların baş verməməsi üçün Türkiyə-Gürcüstan-Azərbaycan dövlətləri maksimum dərəcədə çalışması lazımdır.

Taleh Cəfərov

 

“KarabakhİNFO.com”

 

 

19.11.2013 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*