Azərbaycanca

XX əsrin 30-50-ci illərində erməni diasporunun antitürk fəaliyyəti

12.11.2012 | 17:27

1354800497_1263580012_800px-flag_of_armenian_ssr.svgXX əsrin 30-50-ci illərində beynəlxalq münasibətlər sistemində uzun illərdən bəri davam edən siyasi gərginlik nisbətən mülayimləşməyə başladı. Proses dünyanın bir-birinə əks olan sosial-siyasi sistemlərə bölünməsinin dərinləşməsi, həmçinin Şərq-Qərb ziddiyyətlərinin kəskinləşməsi ilə sistemlərarası qarşıdurmanın qüvvətlənməsi nəticəsində vaxtilə arxa plana atılmış məsələlərin yenidən gündəmə gətirilməsilə davam etdi. Belə ki, kapitalist münasibətlər sistemində özünə layiqli mövqe tutmağa çalışan, gündən-günə güclənən, Yaxın və Orta Şərq ölkələrini Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən Türkiyə Cümhuriyyətinin beynəlxalq imicinin sarsıldılmasına qarşı qərbin aparmış olduğu çirkin kompaniya növbəti mərhələyə qədəm qoydu. Bu işdə daha çox fəallıq göstərən qüvvələrdən biri də erməni diaspora təşkilatları və onlara himayədarlıq edən dağıdıcı qüvvələr idi.   Qeyd etmək lazımdır ki, 1930-ci illərin sonu – 40-cı illərin əvvəllərində ermənilərin uzun sürən miqrasiya prosesi nisbətən sabitləşdi. Bunu dünya müharibəsi təhlükəsinin reallaşması və dünya iqtisadi böhranın davam etməsi ilə əlaqələndirmək olar. Digər tərəfdən də bölgənin Türkiyəyə yaxın olması və eyni iqlim tipinə uyğun olması erməniləri bu ərazilərdə məskunlaşmağa sövq etmişdir. Lakin  1939-cu ilə qədər Anadolunu tərk edən ermənilərin sayında ciddi artım qeydə alınmışdır. Nəticədə, Misir, İraq, Fələstin və ətraf ərazilərdə kiçik erməni icmaları yaranmağa başladı. Yaxın Şərq ölkələri ilə yanaşı  Avropaya miqrasiya edən ermənilər bu dəfə Kipr, Yunanıstan, Bolqarıstan və Rumıniyadakı erməni diasporasının genişlənməsi və möhkəmlənməsində yaxından iştirak etdilər. Qərblə yanaşı daha çox Yaxın və Orta Şərq ölkələrinə miqrasiya edən ermənilərin yerli əhali ilə dinc yanaşı yaşaması üçün əlverişli şərait yaradıldı. Məlumat üçün qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinədək bir çox iri şəhərlər diaspora həyatının əsas mərkəzləri halına gətirilmiş, sonra bu xüsusiyyət öz mövqeyini yavaş-yavaş itirmişdir. I Dünya müharibəsinədək İstanbul və Tiflis şəhərləri erməni diasporasının mərkəzi halına gətirilmiş, lakin  müharibədən sonra bu şəhərlərin yerini Paris və Boston əvəz etmişdir.  II Dünya müharibəsindən, daha doğrusu, 50-ci illərdən sonra Qahirə, Hələb və Beyrut şəhərləri ön plana çıxmışdır. SSRİ-nin süqutundan sonra erməni diasporasının ağırlıq mərkəzi yenidən qərbə keçmişdır. Bəzi diaspora mütəxxəsislərinin fikirlərinə görə, bəhs olunan dövrdə ABŞ-a erməni miqrasiyasının güclənməsi və diasporanın formalaşmasında, eyni zamanda fəaliyyətinin gücləndirilməsində Los-Anceles ermənilərinin mövqeyinın artığını nəzərə alaraq bu şəhərin erməni diasporasının mərkəzi hesab etmək mümkündür.

II Dünya müharibəsi bitdikdən sonra, daha dəqiq desək,  50-ci illərdən sonra Yaxın Şərqə köçmüş erməni miqrantların sosial-siyasi vəziyyəti yenidən pisləşdi. Buna səbəb həmin ölkələrdə baş vermiş ağır sosial-iqtisadi böhran, etnik azlıqların sıxışdırılması, bəzi şərq dövlətlərinin daxili siyasi vəziyyəti ilə bağlı idi. Belə ki, 1952-ci il Misir inqilabı, Livanda vətəndaş müharibəsinin alovlanması, Kiprə türk ordusunun hərbi müdaxiləsi, İranda İslam inqilabının qələbə qazanması, həmçinin 1980-88-ci illər İran-İraq müharibəsinin ağır sosial-iqtisadi nəticələri və digər amillər buraya köç etmiş ermənilərin yenidən inkişaf etmiş ölkələrə miqrasiyası ilə nəticələndi. Əksər erməni ailələri inkişaf etmiş kapitalist ölkələrinə, xüsusilə ABŞ-a, Kanadaya, Avstraliya, Fransaya, İngiltərəyə və digər ölkələrə köç etdilər. Köç prosesi mərhələli şəkildə icmalar tərəfindən həyata keçirilməkdə idi. Bu işə vaxtilə adlarını qeyd etdiyimiz ölkələrə köç etmiş və orada özlərinə şərait qurmuş iri erməni burjuaziyası da dəstək verməkdə idi. Məskunlaşma prosesinin sürətlə getməsi və erməni icmalarının yerli-sosial-siyasi struktura inteqrasiyası onların bu ölkələrdəki mövqeyini bir qədər də möhkəmləndirdi. Qərbi Avropanın bir sıra ölkələrinə köç etmiş erməni ailələrində doğulub böyüyən və təhsil alan yeni nəsil ermənilər tamamilə o dövlətlərin həyat tərzini, normalarını qəbul etdilər və tam hüquqlu vətəndaşlarına çevrildilər. Amma bütün bunlara baxmayaraq, burada yaşayan yerli ermənilərin əhali ilə qaynayıb-qarışması məsələsi erməni diasporasını narahat edən amillərdən biri idi. Öz milli kimliklərini, özünüdərk hisslərini, dilini, adət-ən-ənələrini unutmaqda olan yerli ermənilərə Yaxın və Orta Şərq ölkələrindən köçüb gələn ermənilər dəstək olmağa başladılar. Həmçinin yeni köç etmiş ermənilərdə vaxtilə Osmanlı imperiyasına qarşı kin, nifrət hissləri hələ də qaldığı üçün onlar burada antitürk təbliğatını gücləndirdilər. Yeni nəsil ermənilərdə “qəddar”, “vəhşi türk” imici formalaşdırmağa çalışan ermənilər daha çox məktəb və kilsələrə yol tapmağa başladılar. Nəzərə alsaq ki, xaricdəki erməni diasporasının vahid mərkəzdən yönləndirən kilsə təşkilatlarının bu sahədə kifayət qədər bilik və təcrübəsinin olması da ümumi işi bir qədər də yüngülləşdirmiş oldu.

Qeyd etmək lazımdır ki, 1923-cü il Lozanna müqaviləsi ilə iflasa uğramış “erməni məsələsi” 60-cı illərdən başlayaraq yenidən gündəmə gətirildi. “Erməni məsələsi”nin bəhs olunan dövrdə gündəmə gətirilməsi heç də səbəbsiz deyildi. Belə ki, II dünya müharibəsindən sonra dağıdılmış, viran edilmiş Avropanın yenidən qurulması və inkişaf etdirilməsi məsələsi ön plana keçdi. İlk olaraq, 1951-ci ilin aprel ayında Avropa Kömür Sazişinin imzalanması, daha sonra 1957-ci ilin mart ayında Romada Avropa Atom Enerjisi Agentliyinin və Avropa İqtisadi Birliyinin yaradılması prosesi başa çatdı. Beləliklə, Avropanın birləşməsində, bütün iqtisadi sektorları əhatə edəcək qurumların yaradılmasında maraqlı olan ölkələrdən olan Türkiyənin bu məkana inteqrasiyasının qarşısını istənilən yolla almağa çalışan ölkələr süni olaraq maneələr yaratmağa başladılar. Məhz bu istiqamətdə ilk maneə “erməni məsələsi” idi. Bəhs olunan dövrdə erməni milliyətçiliyinin canlanması prosesi davam etməkdə idi. Buna səbəb uzun müddətdən bəri diaspora ilə Ermənistan SSR arasındakı əlaqələrin yenidən qurulması idi. Sovet siyasi rejimi diaspora ilə hökumət arasındakı münasibətləri tənzimləmək üçün bir sıra məsələlərdə son dərəcə ehtiyatlı mövqe nümayiş etdirmişdir. İ.Stalinin hakimiyyəti dövründə diasporanın Ermənistan SSR-ə müdaxiləsi aradan qaldırılmış və hər hansı sosial-siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması prosesi son dərəcə məhdudlaşdırılmışdır. Lakin 1962-ci ildə hökumət diasporadan Yerevana tələbələrin gəlməsinə icazə verməyə başladı. Beləliklə, diaspora sistemində formalaşmış yeni nəsillər Ermənistanda təhsil almağa başladılar. Məqsəd bu gənclərin vətənlərini tanımaları və dillərini mühavizə etmələri idi. Daha çox Yaxın Şərq və Qərb ölkələrindən gəlmiş erməni gəncləri Ermənistanlı gənclər üzərində böyük təsir imkanlarına malik olmaqla bütövlükdə milliyətçiliyin canlanmasına yardımçı oldular. Erməni milliyətçiliyinin daha da canlanmasında ikinci ən önəmli məsələ türk düşmənçiliyi idi.

Taleh CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

 

 

 

12.11.2012 17:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*