Azərbaycanca

Yapon kral sarayı üslublu Ağdamın məşhur ÇAY EVİ

06.09.2014 | 14:36

cayevi1Ağdamdaki məşhur “Çay Evi”-nin ideyası “Yaponiya” jurnalında imperatora məxsus sarayın formasından götürülüb. Çin-Yapon memarlıq üslubunda tikilən “Çay Evi”-nin ideya müəllifi və tikilməsini Sadiq Murtuzayevə, maketinin müəllifliyi isə mərhum Xudu Memmedova məxsus olub. Tikinitiyə də mərhum Xudu müəllim özü rəhbərlik edib.
Sadıq müəllim Xudu müəllimlə oturub söhbət edirmişlər, çay evinin forması necə olsun ki, SSRİ rəhbərliyi buna icazə versin, axı Çay evi məscidə gələnlər üçün tikilirdi. Sonra deməsinlər ki, Ağdamda dindarlar üçün şərait yaradılır. Oturub söhbət edən zaman Xudu müəllim Yaponiyadan ona göndərilən jurnalı vərəqləyirmiş. O zamanlar SSRİ-Yaponiya münasibətlər inkişaf edirdi. Təsadüfən Kioto adasında olan Mikado-Yapon İmperatorunun sarayı onun diqqətini cəlb edir və Çay Evini bu formada tikmək qərarına gəlirlər. Beləliklə də nə hökumət bir söz deyə bilir, nə də əhali… Beləcə Çay Evi tikilir. Çay Evi Sadiq müəllim katib işlədiyi illərdə illərdə tikilib. Ağdamdakı Çay Evinin forması Yaponiya İmperatorunun evi ilə, yanındakı Qüllə isə Məscidin qülləsi ilə uyğun gəlir.
cayevi2Ağdam RPK-nın o zamankı birinci katibi işləyən Sadiq Murtuzayevin dilindən: “Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir Çay Evi tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı.
26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur. Məhz bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri işləyən Vəfa Quluzadə də iştirak edir.
cayevi3Çay evinin tikintisində ən çox çətinlik Çay Evinin damını vurmaqda yaranıb. Bir neçə usta dəvət edilsə də sonda nəticə əldə edilməyib, nəhayət bu işi görə biləcək bir gənc tapılır. Amma o gənc də hərbi xidmətə getməli imiş. Xudu müəllim xahiş edir ki, Sadiq Murtuzayev o əsgəri müvəqqəti olaraq hərbi xidmətdən saxlatdırsın. Amma bu mümkün olmur, sonda həmin gəncin Ağdamda xidmət etməsinə nail olunur və beləcə Çay Evinin damı vurulur. Səhv etmirəmsə o insan bu gün də həmin işlə məşğuldur və öz işinin peşəkarıdır. Özü də Mərzili kəndindən olmalıdır”.
Hal- hazırda Ağdamın məşhur “Çay Evi” Quzanlıda yenidən tikilir.
İşğal altında olan Ağdam Çay Evinin koordinatları belədir: 39°59’38″N 46°55’54″E
Aynur Tağıyeva
AMEA-nın əməkdaşı
“KarabakhİNFO.com“

 

 

06.09.2014 14:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*