Azərbaycanca

Yaralı əsgərimiz vəfat edib

04.08.2014 | 06:18

Esger olubMüdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

 

“KarabakhİNFO.com”

04.08.2014 06:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*