Azərbaycanca

“Yaşasın Azərbaycan Milli Ordusu!” fotosərgisi keçirilir

25.06.2014 | 18:27

1403612834_1905.az_seyyar_qalereyaBu gün Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində  “Yaşasın Azərbaycan Milli Ordusu!” foto-sərgisi təşkil olundu. Qeyd edək ki, sərgi  “1905.az” səyyar qalereyası tərəfindən 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə keçirilir.

Öncə mərasim iştirakçıları Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoydular. Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimi giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açdı. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva Azərbaycan ordusunun formalaşmasında Heydər Əliyevin rolundan danışdı. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqda məlumat verdi.

 

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, 10 il ərzində Heydər Əliyevin şəxsi fotoqrafı olan, Azərbaycan Prezidenti mətbuat xidmətinin böyük məsləhətçisi Rafiq Bağırov Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu isə fotonun hərbi-vətənpərvərlik işinin təbliğindəki rolundan danışdı.

 

Rəsmi açılışdan sonra iştirakçılar foto-sərginin ekspozisiyaları ilə tanış oldular.  Ekspozisiya həftə sonunadək Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində nümayiş olunacaq.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com” 

 

 

 

25.06.2014 18:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*