Azərbaycanca

Yaxın Şərq ölkələrində erməni diasporasının formalaşması və antitürk fəaliyyəti

01.04.2013 | 16:55

1364820698_1354274316_taleh_beyYeganə müsəlman dövləti olaraq  Livan da qondarma “erməni soyqırımı”nı bu gündə dəstəkləməkdədir.

Məlum olduğu kimi, münbit və məhsuldar torpaqlara malik Yaxın Şərq tarixin müxtəlif dönəmlərində etnosların, millətlərin ən çox miqrasiya etdiyi, məskunlaşdığı müxtəlif etnik tərkibə malik  regionlardan biridir. Ən qədim dövrdən başlayaraq müxtəlif dillərdə danışan tayfaların sığınacaq tapdığı Yaxın Şərq regionunda bu proses uzun müddət davam etmiş və davamlı xarakter almışdır.

Yaxın Şərq ərazilərinə miqrasiya etmiş etnoslardan biri də ermənilərdir. Ermənilərin bu ərazilərə nə vaxtdan etibarən gəlmələri haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Lakin bir çox erməni müəllifləri iddia edirlər ki, ermənilərin bu regiona ilk axınları XI əsrdən etibarən başlamışdır. Məhz 1061-ci ildə Ani şəhərinin  uzun sürən mühasirədən sonra səlcuq qoşunları tərəfindən təslim edilməsi burada sığınacaq tapmış ermənilərin bir qisminin ailələri ilə birlikdə Yaxın Şərq regionuna köçmələri ilə nəticələndi. Nəticədə çoxlu sayda erməni sənətkar və tacirlərdən ibarət dəstələr bu regiona üz tutmağa başladılar (7, s. 291).

XIII-XIV əsrlərdə monqol yürüşləri nəticəsində Kiçik Asiyanın ermənilər yaşayan bir sıra vilayətlərindən ermənilərin Suriyaya, İordaniyaya, Misirə, İrana, İraqa və digər ərazilərə köçü başlandı. Monqol yürüşləri nəticəsində yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalmış ermənilər daha çox İran ərazilərinə köç etməyə başladılar. Qısa müddət ərzində buraya gələn ermənilərə məxsus çoxlu sayda kilsə yaranmağa başladı. Məlumat üçün qeyd etmək lazımdır ki, buraya ilk gələn ermənilərin sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət idi. Bunlarla yanaşı boyaqçılar və rəngsazlıqla məşğul olan ermənilər də buraya köçmüşdülər. Qeyd etmək lazımdır ki, artıq XVII əsrdə Səfəvi hökmdarı I Şah Abbas Culfadan köçüb gəlmiş çoxlu sayda etnik erməniləri yerləşdirmək üçün İsfahan şəhərinin şərq hissəsində böyük bir ərazi ayırdı. Burada əhalisi tacirlərdən ibarət yeni bir şəhər saldırdı ki, buraya Yeni Culfa adı verildi.  I Şah Abbasın əmri ilə çoxlu sayda erməni ailəsi burada məskunlaşdırıldı. Buraya gəlmiş ermənilər ticarət kompaniyaları yaratdılar ki, bununla onlar Hindistanla, Çinlə, Rusiya ilə geniş ticarət əlaqələri saxlayırdılar.

XIX əsrin sonu-XX əsrin əvvəllərində İranda ermənilərin sayı nəzərəçarpacaq dərəcədə artmağa başladı. Xüsusilə, I dünya müharibəsinin ən şiddətli vaxtında, daha dəqiq desək, 1915-ci ildə erməni millətçi ekstremistlərinin rus silahli birləşmələri ilə birlikdə Osmanlı imperatorluğuna məlum xəyanəti sultan hökumətini bərk narahat etməyə başladı. Buna cavab olaraq hökumət 1915-ci il 27 may qanunu ilə  800 minə yaxın erməni və digər qeyri-türk millətinə mənsub əhalini İraqa, Suriyaya, Livana və d. ərazilərə köçürdü. Dinc şəraitdə və 80 milyan türk quruşunu  xərcləməklə hökumət erməniləri yeni salınmış kənd və qəsəbələrdə yerləşdirdi. Adlarını çəkdiyimiz ölkələrlə yanaşı ermənilər qonşu İranda da məskunlaşmağa başladılar. Nəticədə İrandakı ermənilərin sayında ciddi artımlar oldu.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrana qaçan Daşnaqsütyun tör-töküntüləri burada da sakit oturmurdur. İranı erməni milli hərəkatının başlıca mərkəzlərindən birinə çevirirdilər. İran hakim dairələrinin onlara qarşı müsbət münasibətindən istifadə edən mühacir daşnaqlar yerli ermənilərlə birlikdə İranda özlərinin çoxlu iqtisadi və ictimai təşkilatlarını yaradır, məktəblər və teatrlar açır, qəzetlər nəşr edirlər. Onlar İranın bir çox mülki və hərbi idarələrinə soxulur, Rza Pəhləvinin hakimiyyətə gəlməsindən istifadə edərək İran Azərbaycanında iqtisadi və ticarət imtiyazları, bu sahədə hegemonluğu öz əllərinə keçirməyə çalışırdılar. Bir sözlə ermənilər İranda xüsusi iqtisadi, ticarət və mədəni imtiyazlar əldə edirdilər. Hər yerdə olduğu kimi burada da siyasi fəaliyyəti ön plana çəkir, ermənilərə xas olan təcavüzkarlıq siyasətini daha da gücləndirirdilər. Mirzəbala Məmmədzadə yazırdı ki, təəssüflər olsun ki, İranın “Təbriz”, “Pərvəriş” kimi qəzetləri də erməni daşnaqlarının dəyirmanına su tökür, türklərə, o cümlədən azəri türklərinə qarşı təbliğatda onların əlində vasitəyə çevrilirlər (8, səh. 4).

XX əsrin II yarısında İrana köç edən ermənilərin sayı nisbətən azalmağa başladı. Bunun əsas səbəbi bəhs olunan dövrdə ermənilərin xüsusilə qərb ölkələrinə artan maraqları ilə əlaqədar idi. Bu ölkələrdəki  yüksək yaşam tərzi və sərbəstlik ermənilərin bu ölkələrə miqrasiyasına yol açmış oldu. Qeyd etmək lazımdır ki, hal-hazırda İranda bütün dünya ermənilərinin 0,4%-i, təxminən 200 min nəfərə yaxın etnik erməninin(bəzi mənbələrə görə 70 və ya 100 min) yaşadığı ehtimal olunur.  Bunların təxminən 60-70%-i İranın paytaxtı Tehran şəhərində yaşayırlar. Tehrandan sonra ermənilərin kompakt şəkildə məskunlaşdıqları iri şəhərlər içərisində İsfahan və Yeni Culfa xüsusilə fərqlənir. Hələ orta əsrlər dövründə burada şəhərin ən görməli yerlərində ermənilərə məxsus kilsələr yaranmağa başladı. Getdikcə kilsələrin sayı artmağa başladı. Hazırda İranda 12-si Culfada olmaqla ümumilikdə 120-dən artıq erməni kilsəsi mövcuddur. İrandakı erməni diasporuna məxsus erməni apostol (qriqoryan) kilsəsi Tehran şəhərində yerləşir və rəhbəri arxiyepiskop Artak Manukyandır. Digər bir erməni kilsəsi Cənubi İranda, İsfahan şəhərində yerləşir və kilsəyə arxiyepiskop Kornand Papayan rəhbərlik edir. Kilsə ilə yanaşı 29 erməni orta məktəbi və eləcə də Tehran və İsfahan universitetlərində erməni dili və ədəbiyyatı fakultələri mövcuddur. Erməni məktəblərində həftədə bir dəfə erməni dilində dərslər keçirilir. Bundan başqa Tehranda ermənilərin klubları, ictimai qurumları və təşkilatları mövcuddur. İranda ən böyük xtistian azlıq hesab olunan ermənilər digər azlıqlarla nisbətdə ən yaxşı durumdadırlar. Avropada, xüsusən də Amerikada yerləşən erməni diasporu ilə İran erməniləri arasında ciddi əlaqələr mövcuddur. Bundan başqa İranda erməni icmasının “Alik”(Dalğa), “Araks”(Bayraq) adlı qəzetləri və “Louys”(İşıq) adlı jurnalları mövcuddur. Bəzi məlumatlara əsasən İranda hökumət dini inanc fərqliliyini əsas gətirərək ermənilərin qapalı məkanlarda kütləvi məclislərinə, açıq geyimlərinə müdaxilə etmir. Hətta bir sıra bölgələrdə ermənilərə məxsus klubların olduğu bildirilir. Iranda yerli erməniləri özündə birləşdirən Ararat İdaman və Mədəniyyət Mərkəzi, Daşnaq təşkilatı, Kilsə Gənclik Təşkilatı, Erməni Tələbə və Gənclər Birliyi, Erməni Vəqfləri, Erməni Mədəniyyəti Dərnəyi kimi humanitar təşkilatlar mövcuddur. Burda Mirzəbala Məmmədzadənin kitabından yaz

İranda erməni millətçiləri və daşnaqlarının siyasi təbliğatının əsas qayəsi türk dünyasına, ilk növbədə isə Türkiyə və Azərbaycana qarşı yönəldilmişdir. İrandakı daşnaqlar və mühacir ermənilər İranda hakimiyyətə gəlmiş Pəhləvi xanədanının şovinist, paniranizm və ya panariyanizm əhval-ruhiyyəsindən məharətlə istifadə etməyə çalışır, onu daha da qızışdırırdılar.

İranla yanaşı ermənilərin daha çox miqrasiya etdiyi ərazilər içərisində Suriya mühüm əhəmiyyətə malikdir. Orta əsrlər dövründən başlayaraq buraya qonşu ərazilərdə yaşayan ermənilərin köçü başlandı. Bu proses müəyyən fasilərlə davam etmişdir. Xüsusilə, I Dünya müharibəsinin ən şiddətli vaxtlarında Osmanlı hökumətinin imperiyanın şərq ərazilərində yaşayan və terrorçu fəaliyyəti ilə məşğul olan dəstələri Suriyaya, İordaniyaya, İraqa və digər qonşu ərazilərə köçürdü. Bununla da Suriyada ermənilərin sayında kəskin artım baş verdi. Daha çox ermənilər Suriyanın iri şəhərlərinə üz tutmağa başladı. Aleppo, Dəməşq və Kasab şəhərlərində məskunlaşan ermənilər burada qısa müddət ərzində iri ticarət  və sənayə məntəqələri yaratmağa müvəfəq oldular. Ticarət kompaniyaları vasitəsilə miqrant ermənilər Şərqlə, eləcə də, Hindistanla, Çinlə ticarət əlaqələri saxlayırdılar.

XX əsrin 90-ci illərindən başlayaraq buradakı diaspor erməniləri daha da fəallaşdılar. Belə ki, qısa müddət ərzində burada onlarla iqtisadi, siyasi və mədəni təşkilatlar yaranmağa başladı. Onların içərisində daha geniş areala və gücə malik olanı Suriya Erməniləri İttifaqıdır. Burada təxminən çoxlu sayda təşkilat, cəmiyyət, ictimai birliklər toplanmışdır. Təşkilatın əsas məqsədi Suriya ərazisindəki ermənilərin sosial, iqtisadi və mədəni həyatındakı yaranmış problemlərin qısa zamanda aradan qaldırılmasıdır. Məlumat üçün qeyd etmək lazımdır ki, Yaxın Şərq ölkələrində ermənilər daha çox Suriya ərazisində yaşayırlar və onların təxmini sayı 200 minə yaxındır.

XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin ortalarına kimi regionun nisbətən inkişaf etmiş ölkələrinə (Livan, Misir, Fələstin, İsrail, İraq, Kipr, Suriya, İordaniya) üz tutmuş ermənilər burada əhalinin demoqrafiq vəziyyətinə mühüm təsir gəstərdilər. Həmçinin, qeyd etdiyimiz ərazilərin ilk növbədə əlverişli-coğrafi mövqeyə malik olması, eyni zamanda burada onların şərbəst şəkildə yaşaması, toplaşması və fəaliyyət göstərməsi üçün hər cürə imkanların yaradılması qısa müddət ərzində  ermənilərin burada  mütəşəkkil şəkildə formalaşmasına gətirib çıxardı. Ermənilərin ən çox üz tutduğu ölkələr içərisində  ilk yerləri  Livan, Kipr, Suriya təşkil edir (1, s. 186). Əsrin əvvəllərindən başlayaraq qərbin bir sıra inkişaf etmiş ölkələri tərəfindən ermənilər içərisində qızışdırılan məzhəbçilik, dini ayrı-seçkilik meyilləri daha dərin kök salmağa başladı. Bu dövrdən başlayaraq katoliklərlə provaslav ermənilər arasında yaranmış gərginlik nəticə etibarilə birincilərin bu regiona gəlişini daha da sürətləndirdi. Qeyd edək ki, köç etmiş  ermənilərin ən çox   üz tutduğu ölkələr içərisində Livanı seçənlər üstünlük təşkil edirdilər.  Əsrin sonlarına yaxın provaslav ermənilərin də bu ərazilərə köçü başlandı. Daha çox aşağı və orta təbəqəyə malik tacir və sənətkarlardan ibarət ermənilərin əksəriyyəti erməni dilini unutduğundan türkçə, ərəbcə, fransızca danışan müxtəlif qruplara ayrılmışdılar(2, s. 453). Xüsusilə, Türkiyənin müxtəlif şəhər və qəsəbələrindən buraya köç edən ermənilər qısa müddət ərzində bölgənin demoqrafiq durumunu da öz xeyirlərinə dəyişməyə müvəffəq oldular. Bu işdə bölgənin yerli xristian xalqları da ermənilərə maddi və mənəvi cəhətdən dəstək nümayiş etdirdilər. Günü-gündən güclənən erməni icmaları arasında qurulan sıx əməkdaşlıq  əlaqələri burada antitürk əhval-ruhiyəsinin daha da güclənməsinə səbəb oldu. Daha çox daşnaqlar tərəfindən sadə ermənilərə mütəmadi şəkildə aşılanan antitürk təbliğatı burada ermənilərin vahid diaspora şəklində formalaşmasına güclü təkan verdi. Nəticədə, 1904-cü ildə Livanda məskunlaşmış daşnaq ermənilər burada Daşnaqsütyun partiyasının regional şöbəsini yaratmağa müvəffəq oldular.(3, s. 167 ) Türk türixçisi Sedat Laçınerin qeyd etdiyi kimi, 1924-cü ildə hökumət gəlmə ermənilərə Livan vətəndaşlığı statusu verdi. Həmçinin hökumət patriarx Sahaqı Qüdsdən çağırtdıraraq ermənilərə katolikos olaraq rəhbərlik etməsinə dəstək verdi. 1929-cu ildən Hələb, Şam, Kiprdəki erməni dini qurumları bir katalikosluqda birləşdilər(4, səh. 112). Hətta daşnaqlar burada qurumun qəzətini də təsis etməyə nail oldular. “Yeni Pünik” adlanan qəzetin müxtəlif nömrələrində mütəmadi olaraq daşnaqlar  ümumtürk düşmənçiliyi ilə bağlı yazılar dərc etdirdilər. Bunun nəticəsində qonşu ölkələrdə Suriyada, İranda, Kiprdəki ermənilər arasında antitürk mövqeyi kök salmağa başladı. Livanla yanaşı Kiprdə də erməni diasporunun mövqeyi güclənməyə başladı. Qısa müddət ərzində burada Daşnaqsütyun partiyasının şöbəsi yaradıldı. Kiprin xüsusilə cənub hissəsində məskunlaşan ermənilərə buradakı yerli yununlar da dəstək nümayiş etdirirdilər. I Dünya müharibəsindən sonra buraya  köç etmiş ermənilərə yüksək təminat da verilmişdi. Xüsusilə, II dünya müharibəsindən sonra Yaxın Şərq ölkələrindəki diaspor erməniləri Türkiyəyə qarşı beynəlxalq kompaniyaya start verərkən Kipr erməniləri daha çox canfəşanlıq edirdilər. Bu da səbəbsiz deyildi. Birincisi, Kiprin şimalı ilə cənubu arsında yaranan siyasi gərginlikdən maksimum dərəcədə yararlanmaq; ikincisi, bu mübarizədə adanın cənubundakı yunan hökumətinin dəstəyini qazanmaq üçün Türkiyəyə qarşı birgə mübarizə aparmaq. Xüsusilə 1974-cü ildə Türkiyə silahlı qüvvələrinin adaya qoşun çıxarması da bu prosesi daha da gərginləşdirmişdir (5, səh. 146).

1965-ci ildə erməni diasporunun dəstəyi ilə qondarma “erməni soyqırımı”nın 50-ci il dönümü ilə əlaqədar olaraq dünyanın müxtəlif bölgələrində Türkiyə əleyhinə mitinq və nümayişlərin keçirilməsinə başlanıldı. Bu kompaniyaya xüsusi dəstək verən qüvvələrdən biri də Kiprin yunan icması idi. Belə ki, 24 aprel 1965-ci ildə Kiprin paytaxtı Lefkoşada Kiprin yunan Təmsilçilər Məclisinin sədri Kleridesin rəhbərliyi ilə 1915-ci il ermənilərin köçünü anma toplantısı düzənlənmiş və “soyqırımı qurbanları”nın xatirəsi yad edilmişdi (6, s. 83). Məhz bu dövrdən başlayaraq Kiprin yunan icmasına bu və ya digər formada dəstək verən erməni diaspor təşkilatları Yunanıstan dövləti tərəfindən açıq şəkildə dəstəklənməyə başladı. Bu addım Türkiyə hökumətinin qonşu Yunanıstanla əlaqələrinə yenidən baxmasına gətirib çıxardı. Bundan sonra Suriyadakı erməni icmaları ilə  İrandakı erməni diaspor təşkilatları da vahid cəbhədə mübarizəyə başladılar. Hədəf kapitalizm yolu ilə inkişaf edən Türkiyəni bu inkişafdan saxlamaq, erməni vətəndaşlarına I dünya müharibəsi zamanı guya dəymiş ziyanı təzminat yolu ilə geri almaq, Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu sarsıtmaq və nəhayət, ermənilərin “Qərbi Ermənistan” olaraq qeyd etdikləri əzəli türk torpaqları olan Şərqi Anadolu vilayətində  müstəqil erməni dövlətinin yaradılmasına müvəffəq olmaq idi. Bütövlükdə, bu kompaniyaya dəstək verən Yaxın və Orta Şərq ölkələrinin əsas məqsədi bölgənin əsas güc mərkəzi olmaqla yanaşı, güclü iqtisadiyyata, orduya malik Türkiyə Cümhuriyyətinin mövqeyini zəiflətmək və bununlada bölgədə qərbin maraqlarını əks etdirən bir sıra məsələlərin Turkiyəsiz həllinə nail olmaq idi. Amma qərbin iri inkişaf etmiş və bu bölgədə maraqları toqquşan dövlətləri gec də olsa anlamağa başladılar ki,  regionda Türkiyəni neytrallaşdırmaqla istənilən məsələnin həllinə nail olmaq röyadan başqa bir şey deyildir. Bu işdə erməni kartından istifadə edən qüvvələr Türkiyəyə qarşı vahid cəbhədə mübarizə aparmaqda maraqlıdırlar. Çox təssüflər olsun ki, bu siyasət bu gündə davam etdirilməkdədir. Məhz bunun nəticəsidir ki, müxtəlif vaxtlarda 20-dən artıq xristian blokuna daxil ölkələr ermənilərin əsassız soyqırımı iddialarını nəinki dəstəkləmiş, eyni zamanda bu hadisələrə parlament səviyyəsində hüquqi-siyasi qiymət verməkdən belə çəkinməmişlər. Acınacaqlısı odur ki,  yeganə müsəlman dövləti olaraq  Livan da qondarma“erməni soyqırımı”nı bu gündə dəstəkləməkdədir.

 

 

 

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

KarabakhİNFO.com

 

 

 

İstifadə olunmuş  ədəbiyyat

 

1. Sedat Laçıner “Türk-erməni ilişkileri”, İstanbul 2004, 408 s

2 Kamuran Gürün “Erməni dosyası”, İstanbul, 1976, 756 s.

3. Ermeni araşdırmaları, sentyabr-noyabr, İstanbul  2001,  sayı 3, 372 s.

4. Jastin Makkarti “Ölüm ve sürgün”, Ankara 2001,  402 s.

5. Hasan Kundakçı “Emperyalizmin kullandığı ermeniler”, Ankara 2001, 170 s.

6.İsmet Binark “Asılsız ermeni iddiaları ve ermenilerin türklere yaptıkları mezalim”,      Ankara 2005, 342 s.

7. «История армянского народа», Институт истории академик наук армянской ССР, «Айпетрат», Ереван 1951, стр. 291

8. “Mirzə Bala Məmmədzadə “Ermənilər və İran”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1993, 40 s.

9. Seyidağa  Onullahi “Erməni millətçiləri və İran”, “Maarif”, Bakı 2002, 89 s

 

 

01.04.2013 16:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*