Azərbaycanca

“Yekun Əlcəzair Sənədi”ndə Qarabağa aid bənd yerləşdirilib

30.05.2014 | 09:15

1401435645_qarabagggggggggQoşulmama Hərəkatının 28-29 may tarixlərində Əlcəzairdə keçirilən XVII xarici işlər nazirləri iclasının yekununda qəbul olunmuş “Yekun Əlcəzair Sənədi”ndə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bənd yerləşdirilmişdir. Bənddə deyilir: “Nazirlər (Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin xarici işlər nazirləri nəzərdə tutulur) BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884)” baxmayaraq, Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll edilməməsinə və bu münaqişənin beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməkdə davam etməsinə münasibətdə narahatlıqlarını ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha qeyd etdilər və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həllini davam etdirməyə çağırdılar”. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı BMT-nin Baş məclisindən sonra dünya miqyasında ən çox dövlətin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatdır. Bu təsisatın xarici işlər nazirləri tərəfindən qəbul olunan yekun sənəddə münaqişənin BMT TŞ-nin məlum qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağırış beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəti mövqeyinin daha bir tutarlı göstəricisidir. Qeyd edək ki, Qoşulmama Hərəkatının 28-29 may tarixlərində Əlcəzairdə keçirilən XVII xarici işlər nazirləri iclasında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil etmişdir. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası və Qoşulmama Hərəkatında ölkəmizin təmsil olunduğu Avropa qrupu adından çıxış etmiş və Qoşulmama Hərəkatının xarici işlər nazirləri iclasının sessiyasına sədrlik etmişdir.

 

“KarabakhİNFO.com” 

30.05.2014 09:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*