Azərbaycanca

Yeni erməni-yəhudi savaşı

06.02.2015 | 12:50

83030ABŞ-da yayılan yəhudi nəşri “The Times of Israel”də dərc olunan məqalədə Birləşmiş Ştatların erməni icmasının İsrailə qarşı apardığı düşmənçilik siyasətindən danışıb

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS -ə  istinadən məlumatına görə, məqalə müəllifi olan ravvin İsrail Baruk bildirir ki, erməni tələbə təşkilatları ABŞ universitetlərində İsrailin boykot edilməsi ilə bağlı aparılan təbliğatın əsasında dururlar.

 

 

 

Barukun yazdığına görə, ermənilərin yəhudilərə nifrətinin tarixi kökləri var. Ermənilər indi həmişə İsarili yəhudi dövləti qurmaq üçün Holokostdan istifadə etməkdə günahlandırırlar. Erməni faşistlər həm də yəhudilərin kökünü birdəfəlik kəsmək üçün Hitlerə dəstək veriblər.

 

 

Ravvin ermənilərin konslagerlərdə yəhudilərin kütləvi qətllərində iştirak etdiyini də yazır. Onun sözlərinə görə, 20 minə yaxın erməni nasisti general Dro (Drastamat Kanayan) və general Ncdenin (Qaregin Ncde) rəhbərliyi altında yəhudilərin kütləvi qətllərində iştirak ediblər. 1930-cu illərdə ABŞ-da çap edilən “Hayr+enik” nəşri fəal şəkildə Hitlerin ideologiyasını təbliğ edib, yəhudiləri “zəhərli element” sayıb, Holokostu isə “cərrahi əməliyyat” adlandırıb.

 

 

İsrail Baruk məqaləsində keçən il “Antidiffamasiya liqası” tərəfindən keçirilmiş sorğunun nəticələrini dərc edib. Sorğuya görə, Ermənistanın həddi-buluğa çatmış 2,2 milyon sakininin 1,3 milyonu, yəni əhalinin 59 faizi yəhudilərə nifrət edir. “Ermənistən Şərqi Avropanın ən antisemit dövləti kimi birinci yeri tutub və bütün Avropa üzrə üçüncü yerdədir”, – deyə İsrail Baruk vurğulayır.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

06.02.2015 12:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*