Azərbaycanca

“Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  növbəti Dəyirmi Masa  Salyan rayonunda keçirildi

17.11.2017 | 17:12

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda növbəti Dəyirmi Masa 17.11.2017-ci il tarixində Salyan rayonunda keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə açan Salyan rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Aqşin Babayev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyəti barədə danışmış, Rayon İcra Hakimiyyətinin bu sahədə gördüyü işlər, həyata keçirdikləri tədbirlər barədə məlumat vermiş, təşkilatçılara təşəkkürünü bildirmişdir. Fondun prezidenti Şahin Camalov da öz növbəsində iştirakçıları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə geniş məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı da problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşmüşdür. Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyasının psixoloqu Sevinc Səmədova və Salyan rayon polis şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun rəisi Ənvər Ağayev rayonda bu sahədə aparılan profilaktiki iş barədə danışmış, problemin həlli istiqamətində tövsiyyələrini xüsusi ilə dəyirmi masanın gənc iştirakçıları ilə bölüşmüşdür. Daha sonra cari ilin mart ayında Bakı şəhərində təşkilatçılar tərəfindən həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Sosioloji sorğunun nəticələrinin müzakirəsi zamanı Salyan rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Seymur Sayılov çıxış edərək yetkinlik yaşına çatmamış şəxslərin tütün məmulatlarına çıxışlarının məhdudlaşdırılması yönündə aparılan maarifləndirici tədbirlər barədə danışmış, tütün məmulatlarının insan orqanizminə zərərləri barədə  geniş məlumat verərərək aparılan müzakirələri yüksək qiymətləndirmişdir. Müzakirələrdə həmçinin rayon Təhsil Şöbəsinin metodisti Cəfərağa Əliyev də tütün və tütün məmulatlarına yeniyetmələrin əlçatımlılığının vəziyyəti haqda danışmış, problemin həlli istiqamətində valideyinlərin rolunun danılmaz və əsas olduğunu vurğulamışdır.

Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, Salyan peşə litseyinin tələbələri, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində növbəti Dəyirmi masa Yevlax rayonunda keçiriləcəkdir.

 

Mətbuat Xidməti

17.11.2017 17:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*