Azərbaycanca

Yunanlar ermənilər haqqında

04.07.2014 | 10:55

1404543315_yunanlar-ermeniler-haqqindaYunanlar ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gələrək yazırmışlar: «Türk ordusu qarşısında geri çəkilən silahlı ermənilər ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər. «Qalib» erməni ordusu qənimətləri, yəni süngü ucuna taxılmış uşaqlarla keçdikləri yolların ətrafına çılpaq soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabında ağlını itirmiş qadın və uşaqların ürək parçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi olmalıdır. Səksən iki kənddən ibarət bir sancaq bu təsvir edilən fəlakətə düçar olmuşdur. İndi bütün Qars vilayəti nəhəng bir qəbiristanlığı xatırladır ki, onun hər bir daşı həmişəlik insan simasını itirmiş erməni quldurlarının vəhşilikləri, əxlaqsızlıqları və həyasızlıqları barədə şahidlik edə bilər. Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5.000 kürd kişiləri, qadınları və uşaqları qırdılar. Süngü ilə onları sürü kimi yüksək Rovanduz qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Qarşısında köməksiz qurban dayandığı zaman ermənilərin şirə bəzi oxşarlıqları olur». (ingilis mayoru Masonun yazdıqlarından. ADTA -fond s. 1, iş 1, v.28-29)   Erməni quldurları 1917-ci ildə Fələstində general Allenbinin başçılıq etdiyi müttəfiq qoşunları tərkibində Osmanlı Türkiyəsinə qarşı vuruşublar. Fransız ordusu tərkibində cənub-Şərqi Anadolunun işğalında iştirak ediblər. Əməliyyatlar zamanı ermənilər tərəfindən türklər yaşayan 1369 yaşayış məntəqəsi dağıdılıb. l920-ci ildə Türkiyəyə qarşı hücuma keçən Fransa qoşunları ölkənin Çukurova əyalətini erməniləşdirmək məqsədi ilə rəhbər vəzifələri ermənilərə tapşırmışdılar. Həmçinin, ermənilərin Qərb dövlətləri lehinə casusluq fəaliyyətləri də məlumdur. Kiprdə koalisiya qüvvələri rəhbərlikdə ikən Fransanın səyi nəticəsində erməni əsgər düşərgələrinin yaradılmasına qarşı nəinki yerli türklər, həmçinin, ingilislər də çıxırdı. Bu vəziyyət fransız və ingilis rəhbərliyi arasında müəyyən mübahisələrə səbəb oldu. Trinko yunan kəndinin ermənilər tərəfindən qarət edilməsi və bir ingilis əsgərinin öldürülməsi bu mübahisələri daha da şiddətləndirdi. İngilis qoşun rəhbərləri adada bütün hakimiyyətin onlara aid olduqlarını bildirərək fransız və erməni silahlı qüvvələrinin fəaliyyətini qadağan etdilər.( Elnur Paşa – Əfsanələrə söykənən ideologiya.- «Yeni Azərbaycan», 08.10.2002, N2 190 (1418).)   Erməni kilsəsi ilə də Yunan kilsəsi arasında hər zaman fikir ayrılığı olub. Misal üçün 2010-cu ildə Qüdsdəki erməni patriaxlığı ilə yunan dindarları üz-üzə gəldi. Hətta dindarlar əlbəyaxa çıxmaqdan belə çəkinmədilər. Erməni kilsəsinin yaydığı xəbərə görə, yunan din xadimləri kilsəyə gələn erməniləri polisin köməyi ilə ərazidən uzaqlaşdırmaq istəyib. Dava nəticəsində ermənilərdən xəsarət alanlar da olub. Yunan keşişlərinin xəsarət alması haqda heç nə deyilmir. Müqəddəs Milad kilsəsinin ərazisi xristian dininin 3 qolu arasında bölünür. Yunan Pravoslav və erməni apostol kilsələri İsa Məsihin Milad gününü eyni gün qeyd edirlər.  

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

“KarabakhİNFO.com” 

04.07.2014 10:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*