Azərbaycanca

Zəifləməsi zəlalət, ölməsi fəlakətdir

28.01.2013 | 13:43

1363002182_akif-nagi-big2Elə bir Azərbaycanlı yoxdur ki, torpaqlarımızın işğaldan azad olunmasını istəməsin. İstəmək yaxşı şeydi, amma kifayət deyil. İstəmək azdı, istədiyini göstərmək lazımdı, göstərmək də azdı, göstərdiyini əmələ çevirməyi bacarmalısan. Bunun üçün isə içərimizdə üç hissin olması vacibdir: düşmənə nifrət, işğala qarşı barışmazlıq və döyüş ruhu. Bu hisslər içərimizdə varsa, içərisində bu hiss olanların sayı kifayət qədər çoxdursa, əmin ola bilərsiniz ki, torpaqlarımız işğal altında qalmayacaq. Bu hisslərin zəifləməsi millətimiz üçün çox böyük zəlalət, Allah eləməsin, ölməsi isə fəlakət olardı.

“Qarabağın azadlığı üçün nə etməliyəm və ya nə edə bilərəm” sualı qarşısında əziyyət çəkən hər kəs bu üç hissi öz içərisində bəsləməli, böyütməli, gücləndirməli, yerigəldikcə bu hisslərə uyğun hərəkət etməli və ən cəsarətli, başqalarının xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq addımını atmağa hazır olmalıdır. Düşmənə nifrət hissinin ölməsinə, 0yumşalmasına heç bir halda yol vermək olmaz. Heç kəs hər hansı ad altında bizi bu mövqedən daşındıra bilməməlidir, bizi aldatmağa gücü çatmamalıdır. Bir daha təkrar edirəm: biz erməniyə erməni olduğuna görə deyil, işğalçı, terrorçu, uşaq qatili olduğuna görə nifrət edirik. Kimsə mənə sübut eləyə bilməz ki, oğruya, quldura, talançıya, işğalçıya, qatilə məhəbbət bəsləməliyəm. Düşmən mənim torpağımı işğal edib, orada oturub, geri qaytarmaq da istəmir. Bu şəraitdə düşmənə nifrət yox, məhəbbət bəsləmək, hətta bəzi psevdoliberallar kimi loyal yanaşmaq anormallıqdır. Avropalılar deyirlər ki, nifrəti soyuq yemək kimi yemək lazımdır. Razıyam, amma qoymaq da olmaz o qədər soyusun ki, sonra heç ələ gəlməsin. Nifrət çox güclü silahdır. Ondan bacarıqla istifadə etməliyik. Nifrətinizi sönməyə qoymayın, sönsə, yandırmaq, alovlandırmaq çətin olacaq.

İşğala qarşı barışmazlıq hissimizi öldürməyə çalışanlar çoxdu. Beynəlxalq təşkilatlar “müharibə olmaz, danışıqlar davam etməlidir” deyəndə buna çalışırlar. Daxilimizdə də onlara xidmət eləyənlərin sayı artır. Məlum qəhrəmanın məşhur frazasını xatırlayırsınız: “kim sülh təklifi ilə yanına gəlsə, bil ki, xaindir”. Bu gün cəmiyyətdə sülh yolunu danışıqlar, dialoqlar yolunu təbliğ edən hər kəs, heç şübhən olmasın ki, xaindi. Bu işə bilərəkdən və ya bilməyərəkdən, təmannalı və ya sadəlövhlüyündən gedir. Ermənin də istədiyi budur, torpaqlarımızı yaddan çıxardaq, unudaq, torpaqlarımızın geri qayıdacağına ümidimizi itirək, “İrəvan” əvəzinə “Yerevan”, “Xankəndi” əvəzinə “Stepanakert”, “Ağdam” əvəzinə “Akna”, “Kəlbəcər” əvəzinə “Karvaçar”, “Laçın” əvəzinə “Berdzor” deyək. Artıq deyənlərimiz də var, bəziləri özlərini çox savadlı hesab edib deyirlər, bəziləri nadanlığından deyir ki, bizdə olanda öz adını deyəcəm, bəziləri ermənilərin xoşuna gəlmək üçün, növbəti dəfə hardasa ermənilərlə görüşəndə özünün nə qədər tolerant olduğunu göstərmək üçün deyirlər. Bu adamların hər birini başa salmaq lazımdır ki, belə olmaz, düşmənə qarşı tolerantlıq, loyallıq yumşaq desək, biqeyrətlikdi, bərk demək istədiyim isə yazılası deyil. Çalışmaq lazımdır ki, başa düşsünlər, düşməsələr, basıb gözlərini çıxartmaqdan başqa yolumuz qalmayacaq. İşğala qarşı barışmazlıq gündəlik həyat normamıza çevrilməli, hər imkan düşəndə yaddaşımızı möhkəmləndirməliyik. Pifaqor hər axşam yerinə girib yuxuya getməmişdən əvvəl yaddaşını yoxlamaq üçün gün ərzində etdiklərini ardıcıllıqla yadına salmağa çalışırdı. Yaddaşından şikayəti olmayan dahi riyaziyyatçının bu hərəkəti bizim üçün dərs olmalı, yaddaşımızı gün ərzində bir neçə dəfə yoxlamalıyıq ki, erməni tapdağında qalan torpaqlarımız yaddan çıxmayıbkı, bu torpaqların azad olunması üçün bir fərd, şəxs olaraq nəisə etmişəmmi, edirəmmi? Bir dəfə bir tədbirdə bir nəfər dedi ki, sağ olsun  QAT, torpaqlarımızın yaddan çıxarılmasına imkan vermir. Bir nəfər tanınmış köşə yazarı qayıtdı ki, mən QAT–sız da torpaqlarımı yaddan çıxarmıram. Bir söz demədim, amma bir neçə aydan sonra mətbuatda oxudum ki, ona Avropanın ən pullu mükafatlarından birini veriblər. Mən o mükafatların nə üçün və kimlərə verildiyini bilirəm, bu cür mükafatçıların sırasında Qarabağı unudanlar və unutdurmağa çalışanlar durur. O, şəxs ona nə üçün mükafat verildiyini anladımı, bilmirəm.

Düşmənə nifrət və barışmazlıqdan qidalanan döyüş ruhu bütün qəlbimizə və vücudumuza hakim kəsilməlidir. Həyatımızın mənası özümüzü düşmənlə müqəddəs savaşa hazırlamaqdan ibarət olmalıdır. Yaşımızdan asılı olmayaraq döyüş anını səbirsizliklə gözləməliyik. Biz müharibəni gözləyir və yaxınlaşdırmağa çalışırıq. Hər bir əsgər səhər-səhər sıraya durarkən üç şeyini yoxlayır: papağı düz dayanırmı, bel qayışı möhkəmdirmi, silahı hazır vəziyyətdədirmi? Bunlar zahiri hazırlıq məsələləridir. Hər birimiz, Orduda və ya kənarda olmağımızdan asılı olmayaraq bir əsgərik. Ona görə də hər birimiz, bir əsgər və vətəndaş kimi hər an daxili hazırlıq vəziyyətimizi-düşmənə nifrət, işğala qarşı barışmazlıq, döyüş ruhumuzu yoxlamalı və zəifləməsinə, ölməsinə imkan verməməliyik. Düşmən üzərində qələbə, torpaqlarımızın azadlığı hər birimizdən, hər birimizin hərtərəfli hazırlığından asılıdır.

 

Akif Nağı

 

KarabakhINFO.com

 

28.01.2013 13:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*