Azərbaycanca

Zəngilan rayonunun işğalından 21 il keçir

29.10.2014 | 10:29

zen1993-cü il 29 oktyabr tarixində erməni qəsbkarları Zəngilan rayonunu işğal etməklə Azərbaycan torpaqlarının 20%-nin işğalını başa çatdırdılar. Ermənistanın muzdlu silahlılarının 1993-cü il oktyabrın 24-25-də başlanan genişmiqyaslı hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.

 

 

Zəngilan rayonu Kiçik Qafqazın Arazboyu sahəsində yerləşir. Ərazisindən Həkəri, Oxçu, Bəsitçay və Araz çayları axır. Qərbdə və şimal – qərbdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İran İslam Respublikası, şimalda Qubadlı, şərqdə isə Cəbrayıl rayonları həmsərhəddir.

 

 

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik rayonun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

 

 

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bugünədək xəbər yoxdur.

 

 

Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuş Əsədov Əsəd Soltan oğlu və Nuriyev Elnur Eyvaz oğlu Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər.
Zəngilan rayonu qədim tarixə malikdir. Bunu tarixi mənbələr də sübut edir. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə rayonun lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

 

 

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

 

 

Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.

 

 

Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.

 

 

“KarabakhİNFO.com”

 

 

29.10.2014 10:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*