Azərbaycanca

Zəngin Qarabağ mətbəxi…

17.03.2014 | 15:34

1395055845_1903548_540457182734436_623611475_nMehman Hüseynov:  “Kulinariya yarışmasında erməni aşpaza qalib gəldim”

 Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxinin şöhrəti bütün dünyaya səs salmışdı, xüsusilə də, Qarabağ mətbəxinin öz bənzərsiz dadı-tamı hər kəsi heyran edib.

 

 

Qarabağ mətbəxi Azərbaycan kulinariya mədəniyyətinin ilk ocağı sayılır. Qarabağ bölgəsinə mənsub olan təamlar digər dövlətlərin daim diqqət mərkəzində olub. Hələ Sovet ittifaqı dövründən etibarən 15 ən məşhur yemək adı Azərbaycan mətbəxindən oğurlanaraq erməniləşdirilib. Qeyd edək ki, bu yeməklərin yarıdan çoxu Qarabağ mətbəxinə aiddir.

 

Ermənilər təkcə Qarabağ torpaqlarına deyil, eyni zamanda Qarabağ mədəniyyətinə, mətbəxinə də göz dikiblər. Onlarla milli xörəyimizi  öz adlarına çıxarmaq istəyiblər. Qarabağ bölgəsinin özünəməxsus təamlarını da ermənilər öz adlarına təqdim etmək istəyiblər. Amma onların bu istəyi elə istək olaraq qalıb.

 

Zəngin Qarabağ mətbəxi…Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə “Qarabağ mətbəxi” adlı kitab dərc olunub.  Bu kitabda Qarabağ bölgəsinə mənsub olan təamların adı qeyd olunub.  Qarabağ bölgəsinin qədim xörəklərinin   adı,  hazırlanma qaydası adıçəkilən kitabda dərc olunub.

 

“Qarabağ mətbəxini tədqiq etmək mənə böyük zövq verdi”

 

Bu yaxınlarda əslən amerikalı olan tanınmış beynəlxalq ekspert  Emi Rayolo “Qarabağ mətbəxi – Azərbaycan mədəniyyətinin beşiyindən təriflər, xatirələr və kulinariya ənənələri” adlı kitabını yazıbdır. Emi Rayolo bildirib ki, o bu kitabı Vaşinqtondakı Qarabağ Fondunun xahişi ilə yazıb.  Onun dediyinə görə, Qarabağ çox zəngin mədəniyyətə malikdir: “Qarabağ mətbəxini tədqiq etmək mənə zövq verdi. Tədqiqatlar zamanı mən çox şey öyrəndim və kitabda bütün aspektlər – poeziya, musiqi, toxuculuq və s. barədə informasiyanı birləşdirməyi bacardım. Bu kitab mənim üçün xüsusi qürur mənbəyidir”

 

 

“Ermənilərin əlinin nə səliqəsi var, nə duzu”

 

Qarabağ mətbəxi barədə tanınmış aşpaz, kulinar Mehman  Hüseynov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına  danışdı.

 

Zəngin Qarabağ mətbəxi…O bildirdi ki, Qarabağ mətbəxi çox zəngindir.  M.Hüseynovun sözlərinə görə, Qarabağ mətbəxinin adı qədimdən dünyaya səs salıb: “Etiraf etmək lazımdır ki, Azərbaycan mətbəxi dünya mətbəxləri arasında hər zaman seçilib. Əcnəbi ölkə vətəndaşları Azərbaycan mətbəxinə aid olan xörəkləri hər zaman yüksək qiymətləndirib.  Biz beynəlxalq müsabiqələrdə olarkən Qarabağ mətbəxinə aid olan təamları bişiririk. Dünya ictimaiyyətinə çatdırırıq ki, Qarabağ Azərbaycanın döyünən ürəyidir.  Ermənilər Qarabağı işğal edib. Düşmənlərimiz tək torpağımıza deyil, həmçinin bizim mədəniyyətimizə də göz dikiblər. Ermənilər bizim mətbəxin vurğunu olublar.  Onlar bizim təamlardan bişirməyə çalışıblar, lakin onların əlinin nə səliqəsi var, nə duzu.  2005-ci ildə Moskvada aşpazlar arasında yarış keçirildi. Həmin yarışda erməni aşpazı da iştirak edirdi. Erməni aşpaz yarpaq dolmasının onların qədim yeməyi olduğunu dedi. Lakin mən ona sübut etdim ki, bu xörək qədim Azərbaycan yeməyidir. Yarış zamanı mən və erməni aşpazı yarpaq dolması bişirdik.  Mənim hazırladığım dolma müsabiqədə iştirak edən hər kəs tərəfindən bəyənildi və mən erməniyə qalib gəldim. Erməni aşpazının hazırladığı dolmanın bükülməsi çox səliqəsiz və bərk idi. Orada iştirak edən şəxslərin heç biri erməni aşpazının hazırladığı dolmanı bəyənmədilər”.

 

M.Hüseynov həmçinin qədim Qarabağ təamlarının adını çəkdi. Onun verdiyi məlumata görə, Qarabağın çox gözəl plovları var:  “Efirdə olarkən çalışıram Qarabağ bölgəsinə xas olan təamların hazırlanma qaydasını başa salım. Bunu etməkdə məqsədim odur ki, Qarabağ mətbəxi barədə hər kəs məlumatlı olsun”

 

 

 

Günel Cəlil

 “KarabakhİNFO.com”

17.03.2014 15:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*