Azərbaycanca

Zakir Həsənov ABŞ-ın müdafiə katibi ilə görüşüb

05.06.2014 | 11:07

1401947896_10443702_580866215360199_247912844_n

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

 

Görüşdə ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstanda prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası, onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti, ABŞ-ın Qətiyyətli Dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunub. NATO Baş Qərargahına səfəri çərçivəsində general-polkovnik Z.Həsənov ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə ikitərəfli, Türkiyə və Gürcüstan həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib. İyunun 4-də axşam Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.

 

 

“KarabakhİNFO.com” 

05.06.2014 11:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*