Azərbaycanca

Zakir Həsənov hərbçiləri ölümündən sonra təltif etdi

03.08.2014 | 09:21

10578014_1512981448916227_1298640569_nMüdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər:


1. Gizir Almazov İsə Ziyad oğlu
2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu
3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu
4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu
5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu
6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu
7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
8. Əsgər Rəhimov Əli Fətulla oğlu
9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
10. Əsgər Abdulov Hüseyn Etibar oğlu
11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu
12. Əsgər Poladov Vüqar Hidayət oğlu
Müdafiə nazirinin göstərişinə əsasən avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil ediləcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir daha şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

 

“KarabakhİNFO.com”

03.08.2014 09:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*