Bir ildən çox Azərbaycanda əsirlikdə olan və öz istəyi ilə üçüncü ölkəyə təhvil verilmiş Ermənistan ordusunun əsgəri Akop İnciqulyan hərbi xidmətini davam etdirir.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Ermənistanın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan deyib.
O bildirib ki, A. İnciqulyan evinin yaxınlığındakı hərbi hissədə xidmət keçməyə davam edəcək.
Qeyd edək ki, A. İnciqulyan Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verdikdən sonra bu il oktyabrın 2-də Ermənistana qayıdıb.
“KarabakhİNFO.com”