Erməni mənbələrində banisi alban bəyi Vahanın adına olan və bəzi alban məlikləri və bəylərinin (knyaz) və Qafqaz Albaniyasının katalikosu Stepanosu sərdabəsi sayılan “Vaanvank” adlanan orta əsr alban monastır kompleksi X – XIII əsrlərdə eyniadlı alban knyazlığının siyasi və mədəni mərkəzi olmuş Qafan şəhərindən 7 km qərbdə yerləşir.
Monastır 911-ci ildə məlik Zaqikin oğlu Vahan bəy tərəfindən inşa edilmişdir. Kompleksin qədim binası Müqəddəs Maarifçi Qeorgi kilsəsi bir neçə qədim yazılar olan gülləsi binadır. 1086-ci ildə Qafan məliyi (knyazı) II Sevadanın qızları II Şaxanduxt (1116-cı ildə vəfat etmişdir) və onun bacısı Kata kilsəyə vestibül, monastıra cənubdan giriş və Müqəddəs Məryəm kilsəsi tukdirmişlər. Bu barədə kilsənin divarında yazı vardır:
“535 -ci (1086) ildə mən Şaxanduxt, alban məliyi Sevadanın qızı və Aşotikin oğlu məlik Qriqorinin zövcəsi varisimiz olmadığına görə, mən və bacım Kata (bu kilsəni) Müqəddəs Məryəmi onun mərhəməti müqavilində inşa etdik. Nə qədər ki mən sağam, ona müqəddəs ayinlər keçirsinlər, (ölümümüzdən) sonra bizi də Məsihin ölməz qurbanı ortağı etsinlər”.
Erməni saxtakarlarının bicliklə Sünik erməni çarlığı kimi təqdim etdikləri Qafan alban knyazlığının tarixininin öyrənilməsi üçün 15 sentyabr 1968-ci ildə qazıntılar zamanı aşkar edilmiş tikinti yazısı böyük dəyər kəsb edir. Yazida deyilir:
“495 (1046) illər Məsih məlik Smbata və qardaşı Qriqora – müqəddəs kilsənin, sütunlu zalın və eyvanın inşaatçılarına qarşı mərhəmətli ol. Kim bu müqəddəs dam altına girəndə onları da öz dualarında yad etsinlər”.
Baş kilsə kompleksin şimal hissəsində yerləşir. Qərb tərəfdən kilsəyə eyvan birləşmişdir. Güney tərəfdən baş giriş kilsənin və eyvanın uzunluğu boyunca olan yanaşı sütun zalı açılır. Daxildə X – XI əsrə aid bir çox qədir daşları, o cümlədən alban katalikosu Stepanosun xatirə yazılarının yeddi parçası aşkar edilmışdir. Daş hissələrini tutuşduraraq nəticədə yazının əski görünüşünü bərpa etmək mümkün olmuşdur:
“Mən, hökmdar Stepanos, Albaniyanın katalikosu, taciklər (müsəlmanlar – B.T.) tərəfindən sıxışdırılaraq buraya (paytaxt Qapana) gələrək dincliyimi şahzadə Şaxanduxt və bacısı Katanın tikdirdiyi kilsənin eyvanında tapdım. Allah məni dəfnə və bu yuxarı mərtəbə ilə təltif etmişdir. Allah bizim məliyimiz (Sənəkərim – B.T.) və onun uşaqlarını qorusun. Amin!”
Eyvandakı bundan öncəki yazıyla yanaşı olan liqatura ilə cızılmış sonuncu Qafan məliyinin adı xatırlanan yazı xüsusi maraq doğurur. Orada deyilir:
“Gənc yaşında vəfat etmiş məlik Sənəkərimin oğlu Küriki öz dualarınızda yad edin. 548-ci illər (1099)”.
Bu yazı sayəsində alban mənbələrində xatırlanan knyaz Sənəkərimin oğullarından birinin adını müəyyənləşdirmək mümkün olmuşdur. Bundan başqa, məlum olmuşdur ki, məlik Sənəkərimin Asan adlı beşinci oğlu da olmuşdur. Onun haqqında başqa yazı vardır: “Məlik Sənəkərimin oğlu böyük Asan bəy”.
Beləliklə, bu gün dəqiqliklə təsdiq edə bilərik ki, Sənəkərimin Qriqor, Smbat (hər ikisidə 1166-cı ildə vəfat etmişlər), Sevada, Kürike (1099-cu ildə vəfat etmişdir) və Asan adlarında beş oğlu olmuşdur.
Qəbir daçında həkk olunmuş “Xumuş, Vaçaqanın anası” yazısı diqqəti cəlb edir. Göründüyü kimi Xumuş X əsrin 40-cı illərində Qafanın hakimi olmuş Vaçaqanın anasi idi.
Qafanvank yazılarının tədqiqatçısı Q.Qriqoryanın sözlərinə görə yeni epiqrafik yazıların tapıntısına görə 1970-ci il əlamətdar olmuşdur. Kilsənin cənub girişindəki böyük məbədin sütunlu zalını təmizləyərkən üstündə bir sətirli yazı cızılmış dörd qəbir daşı aşkar edilmişdir:
“Birinci (şimaldan cənuba) lövhədə yazılmışdır: “Dinar”… Sonuncu sorğular Dinarın şəxsiyyəti haqqında bəzi nəticələr çıxarmağa imkan vermişdir. Sən demə, Dinar çar Atrkirsexin zövcəsi, aqvan (alban) kraliçasıdır”.
Bunu XI əsr gürcü müəllifi özünün “Matiane Kartlisa” əsərində X – XI əsr hadisələrini təsvir edərək Dinarın Albaniya kraliçası olduğunu təsdiqləyir. N.Adonsun fikrincə, Dinar Bağratilər soyludur, Aşot Kurapalatın nəticəsidir və ərinin, alban çarı Amrnersexin (böyük knyaz Qriqori Amanın oğlu) vəfatından sonra xalkedonluğu qəbul etmişdir.
Bəxtiyar Tuncay
“KarabakhİNFO.com”