“Azərbaycan mətbuatının xronologiyası” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə hazırlanıb
Müəllifdən
“Əkinçi” qəzeti ilə (1875-1877) bünövrəsi qoyulan milli mətbuatımız xalqımızın mənəvi dünyasında əsl intibah yaratmışdır. Bu qəbildən “Əkinçi” qəzetinin fəaliyyəti başa çatandan sonra davamçıları meydana gəlir. Onların sırasında 1879-cu ilin dekabrında Tiflis şəhərində Səid Ünsizadənin təsisçiliyi və ortancıl qardaşı Cəlal Ünsizadənin mühərrirliyi ilə “Ziya” qəzeti nəşrə başlayır və cəmi 7 ay fəaliyyət göstərir. Müxtəlif qəzet və jurnalların fasilələrlə, hətta axın halında nəşrləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə pik nöqtəsinə çatır.
“KarabakhİNFO.com”