Dəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.
Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.
Abbasov Vəliyəddin Umudvar oğlu
1963-cü ildə Azərbaycan Respublikası Xocalı şəhərində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunan zaman Abbasovlar ailəsi əsir götürülərək Əsgəran rayonuna aparılıb. Sonradan Abbasov Vəliyəddindən başqa öldürülmüş ailə üzvlərinin meyidləri qaytarılıb.
Vəliyəddinin qardaşı-Abbasov Çingiz Umudvar oğlunun yazdığı izahata görə, onlar Xocalını tərk edən zaman meşədə ermənilər tərəfindən mühasirəyə alınıblar. Həmin vaxt Vəliyəddin qaçmağa cəhd göstərib, girov götürülərək Naxçivanik ya-xınlığındakı Dəhraz kəndinə aparılıb.
Əsirlikdə olan Qarayev Usubəlinin atası girovluqdan qayıtdıqdan sonra Naftalan şəhərində yerləşən «Şirvan» sanatoriyasına məskunlaşmış Qarayev Süleyman Salman oğlu izahatında yazıb ki, ermənilər oglu və Vəliyəddin də daxil olmaqla 13 nəfər gənci naməlum istiqamətə aparıblar. Qarayev Süleyman azad olunandan sonra Ağdam taborunun komandiri Allahverdi Bağırov (sonradan şəhid olub) ona, həmin 13 gəncin Xankəndi Rayon Polis Şöbəsinin zirzəmisində saxlandıqlarını, bir həftə sonra isə həmin idarənin rəisi Armen İsaqulov tərəfindən Yerevan şəhərinə göndərildiklərini bildirib.
Erməni girovluğundan qayıtmış Xocalı sakini, hazırda «Günəşli» sanatoriyasında məskunlaşmış Abdullayeva Sənəm Həsən qızının izahatına görə, o, Abbasov Vəliyəddini Əsgəran rayonunun Pircamal kəndində yerləşən maldarlıq fermasında görüb.
1963-cü ildə Azərbaycan Respublikası Ağsu rayonunun Bəyimli kəndində anadan olub. 1993-cü ilin oktyabr ayında Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ağdam rayonunun Qərvənd kəndində yerləşən hərbi hissədə qulluq edib.
28 dekabr 1993-cü ildə Abbasov Vidadinin qulluq etdiyi hərbi hissənin V taboru-nun 49 nəfərdən ibarət şəxsi heyəti dumana düşərək yolu azıb və ermənilər tərəfin-dən əsir götürülüb.
Salyan rayonu Kürsəngi kənd sakini Atamoğlanov Seyfulla Sabir oğlu itkin düş-müş qardaşı-Atamoğlanov Əbülfəti axta-rarkən Gürcüstan ərazisində Ermənistanın Noyemberyan rayonu Ləmbəli kənd sakini Qaqo adlı erməni ilə görüşüb. Qaqo ona qardaşı da daxil olmaqla erməni əsirliyində olan 14 nəfər azərbaycanlının siyahısını verib. Həmin siyahıda Abbasov Vidadinin də adı olub. Qaqonun məlumatına görə, əsirləri əvvəlcə Ermənistanın Kirovakan şəhərində saxlayıb, sonradan Yerevan Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına köçürüblər. Erməni tərəfi faktı inkar edir.
Abdullayev Seymur Abdulla oğlu
1975-ci ildə Azərbaycan Respublikasının Biləsuvar rayonunda anadan olub. 6 yan-var 1994-cü ildə Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ağdam rayonu uğrunda döyüşlərdə iştirak edib. 26 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli kəndində gedən döyüş zamanı yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb.
Qardaşı Biləsuvar şəhəri Axund Molla Hüseyn küçəsi, ev 25-də yaşayan Abdullayev Sahib Abdulla oğlunun verdiyi məlumata görə, döyüş yoldaşları ona Seymu-run həmyerlisi Gözəlov Azər Xanış oğlu ilə birlikdə Nəmirli kəndi uğrunda döyüşdə yaralanaraq əsir götürüldüyünü bildiriblər.
Əsir və girovların dəyişdirilməsi ilə məşğul olmuş Əsgəran rayonu Şuşen kənd sakini, Bakı şəhərinin Buzovna qəsəbəsindəki «Zuğulba» sanatoriyasında məskunlaşmış Abdullayev Tofiq İsmayıl oğlunun dediyinə görə, qarşı tərəfin nümayəndəsi Albert Voskanyanla görüşdüyü zaman ondan Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmiş, Abdullayev Seymur da daxil olmaqla Dağlıq Qarabağda saxlanılan 37 azərbaycanlı hərbi əsirin siyahısını əldə edib. Ermənilər həmin əsirləri jurnalist Salatın Əsgərovanın qətlinin təşkilatçısı olmuş «Napoleon» ləqəbli Arkadi Ayriyanla dəyişmək istəyiblər. Ayriyan vəfat etdiyi üçün dəyişmə baş tutmayıb. Seymurun sonrakı taleyi məlum olmayıb.
1975-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ilin avqust ayında Sabunçu Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 25 yanvar 1994-cü ildə Füzuli cəbhəsinə göndərilib. 1 fevral 1994-cü ildə Füzuli rayonunun Horadiz kəndi uğrunda döyüşdə əsir götürülüb.
Erməni əsirliyindən qayıtmış Salyan şəhər sakini Rzayev Xaqani Məhərrəm oğ-lunun dediyinə görə o, Abdullayev Anuria birlikdə eyni hərbi hissədə xidmət edib. 1 fevral 1994-cü ildə Füzuli rayonunun Horadiz kəndi uğrunda döyüşdə onun ermənilər tərəfindən vurulduğunu və döyüş meydanında qaldığını görüb.
Atası-Abdullayev Arif Hüseyn oğlu izahatında yazıb ki, Füzuli rayonunda erməni-lər tərəfindən əsir götürülmüş, qayıtdıqdan sonra həbs cəzasına məhkum olunmuş Aslanov Azər Salman oğlu 15 may 2001-ci ildə Anurun onunla birlikdə Şuşa həbsxanasında saxlandığını deyib.