Bu gün səhər saatlarında 2 erməni hərbçi məhv edilib
Müdafiə Nazirliyindən “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına verilən məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Berd rayonu ərazisində baş verib.
Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin leytenantı Karen Qalstyan və sıravi Artak Sarkisyan öldürülüb.
Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.
“KarabakhİNFO.com”