-İlk öncə, Azərbaycandan sizi salamlayırıq. Mətbuatda keçirəcəyiniz layihə ilə bağlı xəbərlər yayılmaqdadır. İlk öncə, rəhbəri olduğunuz təşkilat və layihə haqqında qısa məlumat verərdiniz.
-Təşəkkür edirəm. Mən də sizi buradan salamlayıram. Türk Cümhuriyyətləri Birliyi təşkilatı 2007-ci ildə quruldu. Hal-hazırda Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda ofislərimiz fəaliyyət göstərir. Türk dünyası ilə bağlı bir neçə önəmli layihələri həyata keçirmişik. Bu layihə ilə bağlı bir neçə gün öncə Azərbaycan təmsilçimiz Mehmet Akçayla söhbətimizdən sonra fikirləşdik və qərar verdik ki, belə bir layihəni həyata keçirək. Layihədə əsas məqsəd Xocalı Soyqırımını dünyaya tanıtmaqdır. Uzun illər Ramazan ayında kasıb məhəllələrdə, yemək paylayan “Aş evi” maşınımız Soyqırım muzeyi vəziyyətinə gətirilərək, əvvəlcə Türkiyədə 100 mərkəzdə və Avropa dövlətlərinin paytaxtları başda olmaqla, Türk Respublikalarını əhatə edən və təxminən bir il müddətində bir proqram hazırlamışıq. Proqrama görə, maşınımız şəhərin sıxlıq meydanlarında bir həftə dayanaraq, bu qırğın ilə əlaqədar şəkilləri və sənədləri sərgiləmək istəyir. Proqramda məqsəd qırğın ilə əlaqədar dünya xalqlarını məlumatlandırmaqdır. Ayrıca hazırlanacaq Türk, İngilis, Fransız, Alman, İtalyan və Ərəb dillərində qırğını izah edən kitabları, materialları pulsuz olaraq xalqa paylayaraq, Dünya xalqlarını məlumatlandırmağı hədəfləmişik.
– Hörmətli Can Sevən, layihə hansı ölkələri əhatə edəcəkdir? Marşrutu necə planlaşdırmısınız?
Bizim plana görə, əvvəlcə Türkiyədən başlayacağıq. Xocalı Soyqırımından bəhs edən kitab 500.000 ədəd nəşr edilərək yayılacaq. Təxminən 3-4 ay müddətində Türkiyənin önəmli şəhərlərində, bölgələrdə 100-dən artıq məntəqələrdə dayanılacaq. Soyqırımla bağlı filmlər nümayiş olunacaq, kitablar paylanılacaqdır. Eyni zamanda Xocalının 22-ci ildönümü ilə bağlı İstanbulun Taksim meydanında ötən il olduğu kimi böyük bir yürüş təşkil edəcəyik. Daha sonra may ayında maşın Gürcüstan ya da İran üzərindən keçərək Azərbaycana gələcəkdir. Fikrimiz var ki, Gürcüstanda və ya İranda keçdiyimiz yerlərdə bu kompaniyanı davam etdirək. Sonra maşınımız Azərbaycanda iki aya yaxın müddətdə bütün rayonlarda dayanacaq və təbliğat işləri aparılacaqdır. Təxminən 250.000 ədəd kitabı azərbaycan türkcəsində nəşr etməyi düşünürük. Sonra Azərbaycandan keçərək Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya üzərindən Avropaya gediləcək. 2 milyon kitab rus dilində çap ediləcəkdir. Avropada ölkələri gəzdikdən sonra, Ədirnədən yenidən Türkiyəyə qayıdacaqıq. Təxminən 1 il layihə davam edəcəkdir.
-Hörmətli Can Sevən, belə bir layihə indiyə qədər həyata keçirilməyib. Həm zaman, həm maddi baxımdan çox çətin bir layihə olacaqdır. Bu işdə sizə kimlər dəstək verəcək?
-Doğrudur. Hesablarımıza görə, hər ay üçün layihənin həyata keçirilməsinə 150 min dollar pul xərclənəcəkdir. Amma biz kimsəyə müraciət etmədik. Biz bütün işlərimizi əsasən dövlətlə görürük. Səfərlərimiz zamanı yerli dövlətlərin başçılarından, şəhərlərdə rəhbərlikdən layihənin həyata keçirilməsi üçün icazə alnacaqdır. Bu layihəni əslində biz ictimai təşəbbüs kimi qaldırdıq. İnanıram ki, öhdəsindən gələcəyik.
Mehman Həsən
“KarabakhİNFO.com”