2013-cü ildə Latviyada orta məktəb şagirdlərinin istifadəsinə verilən coğrafiya kitabında qondarma Dağlıq Qarabağ Respublikası müstəqil dövlət kimi qeyd olunub. Maraqlı nüans isə odur ki, Dağlıq Qarabağ həm qondarma bayraqla, həm də, yuxarıda kiçik şəkildə verilən Azərbaycan bayrağı ilə təsvir edilib. Qeyd edək ki, Azərbaycan tərəfi bu barədə Latviya dövlət rəsmilərinə ciddi xəbərdarlıq etmişdir.
“KarabakhİNFO.com”