Xarici əlaqələr üzrə daimi komitənin qərarı olmasa da, Ermənistan parlamentində qarşıdakı günlərdə “İrs” partiyasının deputatı tərəfindən təklif edilən qondarma Dağlıq Qarabağ Respublikasının tanınması haqqında qanun layihəsinin müzakirəsi keçiriləcək.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının erməni mediasına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin spikeri Qalust Saakyan qarşıdakı dörd günün gündəliyini təqdim edərkən deyib.
Qeyd edək ki, müzakirə noyabrın 11-də keçiriləcək, çünki “İrs” partiyası layihəni təcili məsələ kimi təqdim edib.
“KarabakhİNFO.com”