“Həmişə olduğu kimi Rusiyanın gücü ancaq Ermənistana çatır və əlinə düşən hər fürsətdə onu cəzalandırır. Lavrov Bakıda bir daha bəyan etdi ki, Ermənistan yeni birliyə BMT-də tanınan sərhədləri ilə daxil olacaq. Bu o deməkdir ki, başqa bir ölkənin xarici işlər naziri bizim dövlətə nəyi necə etmək barədə göstəriş verir. Sanki Ermənistan Rusiya Federasiyasının tərkibinə daxil olan subyektlərdən biridir. Vaxtilə Sürixdə də belə olmuşdu. Amma həmin vaxt Lavrov Sarkisyana yox, Nalbandyana göstəriş vermişdir”.
Onun sözlərinə görə, Lavrov bu dəfə Ermənistanı Bakıda alçaltdı: “Ən biabırçısı odur ki, bunu bizim hökumət də etiraf edir. Sarkisyan bir neçə gün əvvəl verdiyi müsahibədə bildirib ki, Ermənistan Avrasiya İttifaqına digər beynəlxalq təşkilatlara üzv olduğu sərhədlər çərçivəsində daxil olacaq. Kim deyirdi ki, başqa cür olacaq. Bəs, indiyə qədər bizi niyə aldadırdılar ki, Qarabağ da Ermənistanla birlikdə Gömrük İttifaqına üzv olacaq? Nəyə görə bizə mal-qara naxırı kimi baxırlar? Ermənistanın bədbəxtliyi ondadır ki, onu satqınlar və oğrular idarə edir. Nə qədər ki, bu oğrular bizi idarə edir, Lavrov və digər rusiyalı rəsmilər Ermənistan dövlətinin gələcəyinə tüpürərək, ona göstərişlər verəcəklər”.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”