-Erməni probleminin bu qədər gündəmə gətirilməsi və ASALA cinayətləri haqqında düsüncələrinizi soruşaraq reportajımıza başlamaq istəyirəm. Hörmətli İnal bəy, bu haqda nələr düşünürsünüz?
-Erməni problemi bizim dəvəquşu kimi illərlə basımızı quma soxub, uzaqdan izlədiyimiz bir problemdir. Problemin mənşəyində o durur ki, Osmanlının həyata keçirdiyi köçürmə hadisəsi baş verib. Bunun da əvvəlində ermənilərin tökdüyü Türk və Müsəlman qanları var. Məlum olduğu kimi Osmanlı amansız bir savaş içərisində ikən sərhəd təhlükəsizliyini həyata keçirmək üçün dövlətə üsyan etmiş olan erməniləri köçürməyi qərara alır və nəticədə qanlı toqquşmalar baş verir. Hər iki tərəfdən də çoxlu sayda insan ölür. Bu hadisənin soyqırımla heç bir əlaqəsi yoxdur. Soyqırımın tərifi Birləşmiş Millətlər Təşkilatının 1975 – ci il müqaviləsində açıq bir şəkildə qeyd olunub. Bu tərifə əsasən deyə bilərik ki, bütün bu baş verənlər soyqırım deyil. Bəs, niyə məsələ bu qədər qabardılıb və bu günə kimi gəlib çıxıb? Ermənilər də eyni ilə yəhudilər kimi dünyanın hər yerində mükəmməl diasporları olan xalqdır. Assimilyasiya olmamaları üçün hər azlıq kimi bir-birlərini çox tuturlar. Çox zəngindirlər, bir çox bacarıqlara sahibdirlər, yaxşı təhsil alıblar. Bir tək ortaq iddiaları var ki, o da soyqırım iddiasıdır. Mən bir diplomat kimi 1961-ci ildən Türkiyə Cümhuriyyəti Xarici Işlər Nazirliyində çalışıram. 1972 – ci ilin sonunda ilk ASALA cinayəti törədiləndə heyrətdən yerimdə donub qalmışdım. Hər halda hansısa xəstə bir insanın işidir – demisdim. Ciddi qəbul etməmişdim. Amerikada, Afrikada oldum. Bir çox erməni dostlarım var idi. Bir xatirəmi danışım. Afrikada pulsuz qalmışdım. Kimdən borc pul ala biləcəyimi düşündüyüm əsnada, bir erməni tacir çıxdı ortaya. Mənə borc verdi. Sonra maaşım gələn kimi ödədim. Yəni ermənilərlə dost münasibətim var idi, onlarla Türkcə danışırdıq.
Yəni qısacası, iddialarını yasatmak üçün, toplanmıs zəngin, təsirli erməni diasporası və bunları qismən verəcəkləri səsə ya da müəyyən mənada iddiaya inandıqları üçün dəstəkləyən siyasətçilər var, bu məsələ də beləcə bu qədər geniş çapda böyüyə bilib. O siyasətçilər də problemi öz parlamentlərində gündəmə gətirib “soyqırım yoxdur demək cinayətdir” – deyilən bir qanunu keçirməyə çalışdılar parlamentlərində. Avropa Birliyində bu məsələnin qabardılması var. Bütün Avropada cinayət kimi qəbul etdirmək təşəbbüsləri göstərilir. İş böyüyür yəni. Həm informasiya, həm də psixoloji müharibə baxımından bizdən bir xeyli qabaqdadırlar. İddiaları budur. Amma yavaş – yavaş Türkiyə də bu məsələnin önəmini və faciəviliyini anlayır. Mən buna 3T deyirəm; iddianı “Tanıtma, Təzminat və Torpaq”. ASALAnın törətdiyi terrorlarla Ermənilər birinci mərhələni “Tanıtma” mərhələsini rahatlıqla keçdilər. indi “Təzminat” məsələsində fəallaşıblar. Amerikan məhkəmələrində “Torpaq” məsələsi ilə də bağlı hazırlıqlara başlayıblar. Bizə qarşı torpaq iddiaları irəli sürəcəklər. Ermənistan Respublikası quruldu, bu respublika hal – hazırda diaspordan gələn sədəqələrlə yaşayır. Ermənistan da az qala bir düşmən ölkə kimi bizimlə həmsərhəddir, istənilən dialoq təkliflərimizi rədd ediblər indiyə kimi. Bu zaman ərzində bütün sferalarda Türkiyə əhəmiyyətli dərəcədə inkişaf etdi, Türk diasporu güclənməyə başladı. Xüsusən, ABŞ – dakı Vaşinqton və Nyu – York Türk diasporunun gördüyü işlərin əhəmiyyətini qeyd etmək lazımdır.
-ASALA ilə bağlı nələr düşünürsünüz?
-Terrorda, “silahlı təbliğat” – deyilən bir anlayış vardır. Türkiyədə də 12 Sentyabr dövründə Silahlı Təbliğat Birliyi adlanan bir terror təşkilatı var idi məsələn. Yəni silah yolu ilə iddialarını tanıtmaq. ASALA bununla başladı işinə, amma bu heç də qəribə bir təsadüf deyil. ASALA – nın fəaliyyətləri, Kipr Hərəkatının başladığı dövrə təsadüf edir. Eyni zamanda baş verdi hər şey. O zaman mən Kiprdə diplomat idim, buna görə də hadisələri yaxından izləmək imkanım olurdu. ASALA – nı Kiprin yunan tərəfinin necə dəstəklədiyini şəxsən görmüşəm. Onlara necə lojistik dəstək verdiklərinin şahidiyəm. Pasport verirdilər, eyni ilə Öcalana verdikləri kimi. Öcalan necə yunan pasportu ilə həbs olundu, ASALA qatillərinin də üstündə yunan pasportu olurdu. Məsələn, Kiprə gəlirdilər, istirahət edirdilər, yunan pasportu alıb cinayət törədirdilər. Ermənilərin öldürdüyü ilk diplomat çox yaxın bir dostum idi. Diplomatın ölümü ermənilərə ilham mənbəyi oldu. Bunun ASALA ilə heç bir əlaqəsi yox idi. Həmin cinayəti törədən xəstə bir erməni idi. Ancaq, Erməniləri özünə dost sayan bir diplomatımızı öldürdülər. Vəhşicəsinə özü də. Onun yarattıgı reaksiyalar ASALAya ilham mənbəəyi oldu. Kipr və Yunanıstan də onlara dəstək verdi. ASALA, Türkiyənin geniş miqyaslı əməliyyatlarla ortadan qalxır və yerini PKK – ya verir. Eyni modeldir yəni. Bu dəfə də Kiprin yunan tərəfi PKK – nı dəstəkləməyə başlayırlar. Sırf yunanlıların ASALA – nı yaratdığını iddia etmirəm. Amma ASALA cinayətinin yarattıgı geniş reaksiyalar onlara ilham verdi.
Tanıtma dedik, ASALA onu silahlı təbliğat ilə etməyə basladı. Bu da bir tanıtma üsuludur. Zorakılıq, şiddet və qan tökərək bu insanları öz iddiasıyla bir əlaqəsinin olub olmadıgına baxmadan hansısa bir Türk səfirini qətlə yetirdilər. Halbuki nə əlaqəsi var onların soyqırımla. Silahlı bir təbliğat təşkilatıdır əslində ASALA.
ASALA – nın CİA və KQB tərəfindən qurulub dəstəklənməsi ilə bağlı nə düşünürsünüz?
-Kiprli yunanlar və Yunanıstan birbaşa ASALA -ya dəstək veriblər. Düşmənimin düşməni mənim dostumdur məntiqi ilə. Hətta yaralıları da öz əlləri ilə müalicə edərək sağaldıblar. Eyni ilə sonrakı illərdə PKK – ya dəstək verdikləri kimi. Böyük xüsusi xidmət orqanlarına gəldikdə isə super dövlətlər dünyadakı bütün hadisələri idarə etməyə çalışırlar, bu artıq qəbul edilmiş bir prinsipdir. Super dövlətlər, məsələn ingilislər, fransızlar dünyanın harasında olursa olsun bu gücləri əllərində saxlamaq istəyirlər. Lazım olanda dəstəkləyirlər. Bir kartdır bu, necə PKK kartından istifadə edir bir çox dövlət, hamısı da istifadə edib və hələ də istifadə edirlər. Kimə qarsı? Təbii ki, Türkiyəyə və İrana qarşı. Amerika da bu kartdan zaman – zaman istifadə edir. PKK tamam ayrı bir mövzudur. Onun haqqında ayrı danışmaq lazımdır. Super güclər mütləq, təsirli gücü olan, – bu siyasi güc ola bilər, siyasi partiya ola bilər, qeyri – hökümət təşkilatı ola bilər, terror təşkilatı ola bilər, hamısının içinə girib nəzarət etmək istəyirlər. KQB – nin və CİA – nın ASALA – da izlədiyi siyasət budur. Mən demək istəmirəm ki, CİA və ya KQB Türk Diplomatlarını öldürülməsi ilə bağlı təlimat verdilər. Bu haqqda heç bir məlumatım yoxdur. Amma mütləq bu mövzuda onların da barmaqları olub.
-ASALAnın erməni problemindəki yeri hardadır?
-ASALA 3T planının bir mərhələsidir. Həm öz daxillərindəki bölünmələr, həm də antipatik olmaları və ayrıca iddiaya ziyan vurduqlarını düşünərək silahlı təbliğatı başa çatdırsalar da, amma hansı yollara baş vurduqlarının demək olar ki, hər gün şahidi oluruq: parlamentlərə təkliflər verirlər, təzyiq göstərirlər, kitab yazırlar. Əsas məqsədləri yenə də təkrar edirəm: erməni cəmiyyətlərinin şəxsiyyətini formalaşdırmaq və onları kimlik böhranından xilas etməkdir. Ermənilərin hədəfi assimilyasiya uğramadan bu iddia ətrafında toplanmaqdır.
-ASALA – nın PKK – nın içərisində fəaliyyətlərini davam etdirdiyi yönündə iddialar var. bəs siz bu məsələ ilə bağlı nə düşünürsünüz?
-ASALA adlanan bir təşkilat artıq yoxdur, ancaq əsas etibarı ilə zamanında ASALA – nı dəstəkləyənlər indi də PKK – nı dəstəkləyir. PKK – ya ermənilərin dərin rəğbət bəslədiklərini düşünürəm.
-Təcrübəli bir diplomat kimi qətlə yetirilən diplomatlarımız üçün hansı hissləri keçirdiniz? Bu qətllərə qarşı sizcə lazımi reaksiyanı göstərə bilmişikmi sizcə?
-Hər cinayətdən sonra ürəyimiz parça – parça olub. Hamısı çox qiymətli dostlarımız olub. Ildə bir dəfə yad edirik vəssalam. Təbii ki, bu kifayət etmir. Son olaraq, onu da ifadə edim ki, Kiprdə səfir ikən mənə qarsı ciddi bir sui-qəsd olacağını eşitmişdim.
-Bəziləri elə düşünür ki, erməni problemi ilə bağlı ancaq tarixçilər məşğul olmalıdır. Siyasətçilər isə bu məsələdə bir qədər arxa planda dayanmalıdırlar. Siz bu haqda nə düşünürsünüz?
-Xeyr, xeyr, bu təkcə elmi savaş yox, eyni zamanda siyası savaşdır. Çünki siyasətçilər var bizim qarsımızda. Fransada bizimlə savaşanlar kimdir? Fransalı siyasətçilər. Avropa Birliyi, Almaniyada kim? Siyasətçilər. Argentina və Amerikada kimdir? Yenə siyasətçilər. Əksinə siyasətçilər daha da fəal olmalıdırlar. Tam tərsinə siyasətçilər önə keçməlidir. Elmi bir komitə qurulmalıdır. Ermənilər elmi komitəni onsuz da rədd edirlər hər zaman.
-Verdiyiniz dəyərli məlumatlar və bu qədər gərgin fəaliyyətinizdən bizə zaman ayırdığınız üçün təşəkkür edirik.
-Mən təşəkkür edirəm.
Söhbətləşdi: Oktay
KarabakhINFO.com