Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında yaşanan toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb. Polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir.
APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.
Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.
Aksiya zamanı bir neçə etirazçı saxlanılıb.
“KarabakhİNFO.com”