Rus hərbçisinin bir erməni ailəsinin altı üzvünü qətlə yetirməsində sonra qatilin Ermənistana təhvil verilməsi tələbi ilə aksiya başlayıb.
“KarabakhİNFO. com ” beynəlxalq elektron jurnalının verdiyi xəbərə görə, Ermənistan KİV-nə istinadən xəbər verir ki, faciənin baş verdiyi Gümrü şəhərində başlayan avtomobil yürüşünə yüzə yaxın avtomobil qoşulub.
Aksiyada iştirak etmək üçün nümayişçilərin çoxusu İrəvandan bu şəhərə gəlib. Hazırda yüzlərlə maşın Rusiyanın Gümrüdəki baş konsulluğuna doğru irəliləyir.
Qafqazinfo