APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin ilk premyerası fevralın 21-də Parisin “Saint Roch” kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. Əsərin London premyerası isə fevralın 26-da “St John’s, Smith Square” kilsəsində baş tutacaq. Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O, yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.