Xalqımızın çox qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş təzahürüdür.
Heydər Əliyev,
Ümummilli lider
Xalq qəzeti, 26 fevral 2002-ci il
Şəhidlərin xatirəsinə qoyulan ən böyük abidə müstəqil Azərbaycan dövlətidir.
Heydər Əliyev,
Ümummilli lider
Xalq qəzeti, 26 fevral 2002-ci
Azərbaycan öz torpaqlarını qaytarmaq və müdafiə etmək qüdrətinə malikdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Xalq qəzeti, 27 fevral 2006-cı il
İşğal olunmuş Azərbaycan torpaqları haqqında söhbət gedəndə Ermənistan hökuməti bilməlidir ki, heç bir güzəştə yol verilməyəcək.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Xalq qəzeti, 15 fevral 2005-cı il
Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər!
Azərbaycan – deyiləndə ayağa dur ki,
Ana yurdun ür əyinə toxuna bilər!
Məmməd Araz,
Xalq şairi
Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz.
Vasif Adıgözəlov,
Xalq artisti, bəstəkar
Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik ki, hərgah işlər belə gedərsə, nə qədər Qafqazda erməni terror dəstələri hökm edərsə, Qafqazda asayiş bərpa olunmayacaqdır.
Əhməd bəy Ağayev,
XX əsrin ictimai-siyasi xadimi
Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər.
Yuri Pompeyev, yazıçı-jurnalist
Dağlıq Qarabağın yamaclarında aralarında qadın və uşaq olan çoxlu meyit aşkar olunub. Bu isə erməni qoşunları tərəfindən azərbaycanlı qaçqınların qırılması haqda məlumatları təsdiqləyir. Meyitlərin çoxu tanınmaz hala düşüb. Balaca bir qızcığazın isə yalnız başı qalıb.
Anatoli Levin, jurnalist
Mən aşiqəm Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Ağabəyim Ağa,
Qarabağ xanının qızı