Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Prezidentin rəsmi saytına istinadən məlumatına görə, ölkə başçısı “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayırıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
“KarabakhİNFO.com”