Oktyabrın 7-də Qazaxıstanın tanınmış tarixçi-jurnalisti Daniyar Kasımov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının qonağı olub.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Baş redaktoru Zaur Qəriboğlu rəhbərlik etdiyi e-jurnal barədə qonağı məlumatlandırıb və qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunub. Görüşdən məmnunluğunu ifadə edən qazaxıstanlı qonaq belə bir saytın Qazaxıstanda da tanınmasınn vacib olduğunu qeyd edib və bunun üçün lazım olan köməkliyi edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Daniyar Kasımovla olan müsahibə yaxın günlərdə saytımızda dərc olunacaq.
“KarabakhİNFO.com”