ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından dərin narahatdır. Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta son günlərdə cəbhədəki vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, hər iki tərəfin danışıqlar aparmaq üçün görüşməsi vacibdir: “ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etdilər və biz ilin sonunadək dövlət başçılarının görüşəcəyinə ümid edirik”.
Səfir qeyd edib ki, ən əsası, münaqişənin dinc həlli yolunu tapmaq üçün birlikdə işləməkdir.
Trend.az