Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q.Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.
1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var.
“KarabakhİNFO.com”